Logo
Səhifəni çap et

KEÇİLƏRİ ƏSGƏR APARIRLAR

Aqronom Orucun kök bir keçisi varmış. Qorxur ki, bir gün oğurlayarlar. Odur ki, keçini kəsmək qərarına gəlir. Keçini

örüş­­­­­­dən gəti­­rər­­­kən yolda ağbirçək bir qarı soruşur ki, ay Oruc, günorta vaxtı keçini niyə evə aparırsan. Oruc deyir:

– Heç kəs bilməsin, bircə sənə deyirəm. Dünən rayonda iclas olub, qərara gəliblər ki, keçiləri yığıb davaya göndərsinlər.

 

Qarı təəccüblənir:

– Ay bala, bir şey anlamadım, axı keçinin davada nə işi var? Oruc deyir:

– Hitlerin qoşunu Qafqaz dağlarına yaxınlaşıb. Əsgərlə­rimi­zin gedə bilmədiyi sıldırım qayalardan keçmək üçün keçi­­­­­­lərin belinə mina bağlayıb buraxacaqlar almanlar tərəfə...

Oruc həmin sözləri bir başqasına da deyib möhkəm-möhkəm tapşırır ki, heç kim bilməsin.

Ancaq ox yaydan çıxmışdı. Qısa müddətdə kəndə yayılır ki, keçiləri əsgər aparacaqlar. Hamı keçisini kəsir.

Ağsaqqallardan Maqa Əhmədlə Kötük Əhməd Orucun yanı­na gəlib soruşurlar ki, bu nə işdir, deyirlər keçiləri əsgər apa­ra­caq­lar. Aqronom Oruc deyir:

–  Boş sözdür, haradansa camaatın ağzına düşüb. Hökumətin əsgərinə, texnikasına nə gəlib ki, keçiləri aparsınlar?!

İki gündən sonra rayondan nümayəndə gəlib Orucu çağırır ki, sən adam­­­ları aldadıb keçiləri kəsdirmisən. Oruc deyir, ya­lan­­­­dır, inanmırsınız ağsaqqallardan soruşun. Maqa Əhmədlə

Kötük Əhməd gəlib şahidlik edir ki, Aqronom Oruc bizə dü­zü­­­­­­­nü ba­­şa saldı, dedi ki, boş sözlərə inanmayın. Bununla da

Oruc kişi canını qurtarır.

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.