Logo
Səhifəni çap et

KEÇİ YEDDİ YAŞINDAN SONRA NƏ OLUR

Bu məqaləni qiymətləndir
(2 səs)

Aqronom Oruc Gəncədə Kənd Təsərrüfatı İnstitutunda oxu­du­­ğu vaxtlar tələbələr yığışıb imtahanqabağı biliklərini yox­­la­­maq üçün sual-cavab edirlərmiş. Oruc onlara yaxınlaşıb deyir ki, mən bir sual verərəm, cavabını tapa bilməzsiniz. Deyirlər sualını de. Oruc:

– Keçi yeddi yaşından sonra nə olur?

 

Biri deyir qocalır, biri deyir tükü ağarır. Nə isə çox cavab ve­­rir­­lər. Oruc heç biri ilə razılaşmır. Bu söhbət böyüyüb bütün insti­­­tu­­­ta yayılır. Müəllimli-tələbəli hamı bu suala cavab axta­rır.

Bir gün Oruc imtahan verirmiş. Müəllim deyir:

– Ay bala, bu nə sualdır vermisən, indi cavabını özün de. Oruc deyir:

- Müəllim qiymət yazın, cavabı deyim. Müəllim razılaşır. Oruc deyir:

– Keçi yeddi yaşından sonra səkkiz yaşına keçir, başqa nə olasıdır ki?!

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.