Logo
Səhifəni çap et

Gürcüstanda azarkeşlər futbolçulara hücum edib

Kutaisi şəhərində yerli “Torpedo” komandası ilə Tbilsinin “Dinamo” komandası arasında keçirilən görüş yarımçıq qalıb

 Gürcüstanın Kutaisi şəhərində yerli “Torpedo” komandası ilə Tbilsinin “Dinamo” komandası arasında keçirilən görüş yarımçıq qalıb. Buna kutaisili azarkeşlərin meydançaya axışaraq qonaqlara fiziki təzyiq göstərməsi səbəb olub. 

 Polis azarkeşlərə mane olmağa çalışsa da, yüzlərlə adamın qarşısını ala bilməyib. Hakim oyunu dayandırmaq məcburiyyətində qalıb. Tbilisili futbolçular şəhəri polisin müşayiəti ilə tərk edib. “Dinamo”nun bir neçə futbolçusunun xəsarət aldığı bildirilir.
 
İlkin məlumata görə, insidenti törədənlərdən 10 nəfəri tutulub.  
Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.