Logo
Səhifəni çap et

XƏLİL ƏLİYEV

Xəlil Hüseyn oğlu Əliyev 1950-ci ildə Bolnisi rayonunun Baba­kişilər kəndində anadan olub. Darvaz kənd orta məktəbini bitirdikdən sonra o, 1969-cu ildə H.Zərdabi adı­na Kirovabad Dövlət Pedaqoji İns­titutunun (indiki Gəncə Dövlət Uni­versiteti) filologiya fakültəsinə daxil olub və 1974-cü ildə ali təhsilini başa vurub. 

 

1974-1975-ci illərdə təyinatla Oğuz rayonunda, 1977-1980-ci il­lərdə Gəncədə  9 saylı texniki-peşə məktəbində çalışıb.

 1980-ci ildən Gəncə Pedaqoji İnstitutununAzərbaycan dili kafedrasındaçalışır. 1991-ci ildə namizədlik disser­ta­siyasını müdafiə edib. Onun elmi pedaqoji fəaliyyəti onlarla elmi əsərdə öz əksini tapmışdır.

 Xəlil Əliyev “Gürcüstanın türkmənşəli toponimləri”, “40-cı otaqdakı tilsimlərin açarları” və “İzlər, sözlər” kitablarının müəllifidir, hazırda elmi araşdırmalarını davam etdirir. 

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.