Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Kənardan olan məzunlar

Şakir Şıxı oğlu Yusubov 1959-cu il avqustun 14-də Bolnisi rayonunun Dəmirli kəndində anadan olub. 1966-1974-cü illərdə Dəmirli kənd 8-illik məktəbində, 1974-1976-cı illərdə Darvaz kənd orta məktəbində oxuyub, orta məktəbi qızıl medalla bitirib, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxill olub. 1981-ci ildə universiteti müvəffəqiyyətlə bitirib, təyinatla Azərbaycan EA Kibenetika İnstitutuna mühəndis vəzifəsinə göndərilib.

Ətrafl...

Kərim Alı oğlu Məmmədov 1939-cu ildə Bolnisi rayonunun Aşağı Güləvər kəndində anadan olub. 1957-ci ildə Darvaz kənd orta məktəbini bitirib, 1958-ci ildə Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olub. 1963-cü ildə bu institutda təhsilini başa vurduqdan sonra təyinatla Gürcüstan Respublikası Maarif Nazirliyinin sərəncamına göndərilib.

Ətrafl...

Teymur Mustafa oğlu İbrahimov 1944-cü ildə Bolnisi rayonunun Gibircik (Sarımmətli) kəndində anadan olub.

1960-cı ildə Darvaz kənd orta məktəbini bitirmişdir. 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Kənd təsərrüfatının mexanikləşdirilməsi» fakültəsinə daxil olub. 1963-cü ildə hərbi xidmətə çağırılıb və 1966-cı ildə tərxis olunub. 1969-cu ildə institutu bitirib.

Ətrafl...

Şaban İbrahim oğlu Qaralov 1931-ci il may ayının 5-də Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. İlk təhsilini kənd 8 illik məktəbində alıb, 1946-cı ildə Bolnisi rayonunun Darvaz kənd orta məktəbini bitirib, həmin ildən Ormeşən 8 illik məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.

Ətrafl...


Ənvər Hüseyn oğlu Şabanov 1940-cı ildə Bolnisi rayonunun Dəmirli kəndində anadan olub.

1947-ci ildə Dəmirli ibtidai məktəbinin birinci sinfinə gedib, Aşağı Cüləvər kənd səkkizillik məktəbini, 1958-ci ildə isə Darvaz kənd orta məktəbini bitirib. Dörd ilə yaxın kənd kolxozunda işləyib, 1962-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ADTU-nun) sanitar-gigiyena fakültəsinə daxil olub, 1968-ci ildə həmin fakültəni bitirib.

Ətrafl...

Həmid Hüseyn oğlu Şabanov 1938-ci il martın 14-də Bolnisi rayonunun Dəmirli kəndində anadan olub. 1946-cı ildə Dəmirli kəndindəki ibtiadi məktəbin birinci sinfinə gedib, 1957-ci ildə isə Darvaz orta məktəbini bitirib. 1957-ci ildə H.Zərdabi adına Kirovabad (Gəncə) Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub, 1962-ci ildə ali təhsilini başa vurub.

Ətrafl...

İbad Əhməd oğlu Əhmədov 1944-cü il iyunun 20-də Bolnisi rayonunun Dəmirli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Dəmirli kəndindəki ibtidai məktəbi 1955-ci ildə bitirmiş, təhsilini Aşağı Güləver kəndindəki 8 illik məktəbdə davam etdirmişdir. 1962-ci ildə Darvaz orta məktəbini bitirmişdir.

Ətrafl...

Rasim Bilal oğlu Şahbazov 1964-cü il fevarlın 15-də Bolnisi rayonunun Dəmirli kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1981-ci ildə Darvaz orta məktəbini bitirmiş bir il sürücülük məktəbində oxuduqdan sonra 1982-ci ilin payızında ordu sıralarına çağırılmış, Pribaltika hərbi dairəsində hərbi xidmətdə olmuşdur.

Ətrafl...

Tofiq Bilal oğlu Şahbazov 1950-ci il iyun ayının 17-də Bolnisi rayonunun Dəmirli kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1961-ci ildə Dəmirli kəndindəki ibtidai məktəbi, 1967-ci ildə isə Darvaz orta məktəbini bitirmişdir. 1968-ci ildə sürücülük məktəbində oxuduqdan sonra Rustavi şəhərindəki 6 saylı avtomobil kolonasında sürücü kimi əmək fəaliyyətinə başlamışdır.

Ətrafl...

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina