Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə məzunu olan eloğlumuz Ramil Oqtay oğlu Nəbiyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi kimi magistratura təhsilini 2027-ci il üzrə QS Dünya Universitetləri reytinqində 15-ci yerdə qərarlaşan ABŞ-nin Berkli Kaliforniya Universitetində (University of California, Berkeley) “Hüquq” ixtisası üzrə davam etdirəcək.
2022-ci ildə keçirilən qəbul imtahanlarında 624.8 bal toplayaraq BDU-nun Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasına qəbul olan Ramil Nəbiyev bakalavr təhsilini 95.43 ÜOMG ilə başa vurub.
O, ingilis dilinin beynəlxalq standartlaşdırma testi olan IELTS imtahanından 8.0 nəticə əldə edib.
Gənc eloğlumuzu qazandığı bu uğurlar münasibəti ilə təbrik edir, qarşıdakı illərdə daha böyük nailiyyətlər əldə etməsini arzulayırıq.
İnanırıq ki, əldə etdiyi uğurlarla valideynlərini, doğmalarını sevindirəcək, Darvazın adına şöhrət gətirəcək, Azərbaycanımızın şərəfini hər yerdə uca tutacaq!
Darvaz.com




