Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“DARVAZ” XEYRİYYƏ FONDU TƏŞƏBBÜS QRUPUNUN NÖVBƏTİ MÜRACİƏTİ

Hörmətli darvazlılar!

İki həftə əvvəl sizlərə müraciət edərək bildirmişdik ki, həmişə ağızbirliyi, mütəşəkkilliyi, bir-birinin xeyir-şərində canyandırması ilə seçilən darvazlıların babalardan qalma bu ənənəsini yaşatmaq, mənəvi birliyimizi qorumaq və gələcək nəsillərə ötürmək üçün harada yaşamasından asılı olmayaraq bütün darvazlıları öz ətrafında birləşdirə biləcək Birliyə ehtiyacımız var. Bu məqsədlə Darvazın bir neçə ziyalısı bir araya gələrək “Darvaz Xeyriyyə Fondu”nu təsis etmək qərarına gəldik. Təbii ki, bu işə qol qoyanda hər şeydən əvvəl darvazlıların ağızbirliyinə, səsimizə səs verəcəyinizə güvənmişik. Sizlərə müraciətimizdən keçən qısa müddət göstərdi ki, bu, vaxtında atılan çox lazımlı bir addımdır. Bakıda yaşayanlarla yanaşı, Rusiyanın ayrı-ayrı şəhərlərində yaşayan və hər zaman qəlbi Darvazla döyünən əziz eloğlularımız da səsimizə səs verdilər, təşəbbüsümüzü dəstəklədilər və qısa müddətdə

KÖNÜLLÜ ŞƏKİLDƏ SIRALARIMIZA QOŞULANLARIN SAYI 200 NƏFƏRi KEÇDİ!     

Təkcə Tümen şəhərindən 100 nəfər eloğlumuz bizi dəstəkləyrək üzv yazıldı.

Darvazlılar arasında vahid birliyin, vəhdətin və əlaqənin olmaması, xüsusən kənddən kənarda yaşayan gənc nəslin nümayəndələrinin bir-birilərini tanımamaları, kənd sakinlərinin sosial-iqtisadi çətinliyi, Sovet ittifaqı dövründə keyfiyyətli təhsili ilə bölgədə şan-şöhrət qazanmış, Gürcüstan və Azərbaycan cəmiyyətinə əvəzolunmaz ziyalılar bəxş etmiş Darvaz məktəbinin hazırki səviyyəsi, orada təhsil alan gənclərimizin təhsilə və elmə olan marağının getdikcə azalması, Gürcüstanda yaşayan sakinlərimizin həmin ölkənin cəmiyyətinə inteqrasiya prosesində olan çətinlikləri, bütövlükdə darvazlıları narahat edən problemlərin həlli ilə bağlı vahid mövqe sərgiləyə bilməmələri qəlbi Darvazla döyünən hər bir soydaşımızı ciddi narahat edir.

Məhz yuxarıda sadaladığımız və digər məsələlərin həlli darvazlıları bir araya gətirəcək Fondun-Birliyin təşəkkül tapmasını labüd edir. Birliyə üzv olmaq tam könüllülük prinsipi əsasında həyata keçirilməklə, aylıq üzvlük haqqı cəmi 10 (on) manat təşkil edir. Fondda təmsil olunacaq şəxslərin həll olunmasına ehtiyac duyulan məsələləri  müzakirəyə çıxarılmaq imkanı olacaq.

Həlli qarşıya qoyulmuş ilkin məsələlər kimi, kənddə gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün stadiona, güləş və digər idman növləri üzrə idman zalının təşkilinə olan ehtiyacın qarşılanması düşünülür. Eləcə də Bakı şəhərində yaşayan darvazlılar üçün ayrıca qəbiristanlıq yerinin təşkil olunması vacib məsələ kimi gündəmdədir. Darvaz orta məktəbində və Gürcüstanın ali məktəblərində, eləcə də Bakıda universitetlərdə təhsil alan, ancaq maddi dəstəyə ehtiyacı olan tələbələrə dəstək olmaq, imkansız ailələrə yardım etmək, ildə ən azı bir dəfə Bakıda, bir dəfə isə Darvazda (əsasən yayda) “Darvaz günü” keçirməklə soydaşlarımızı bir araya toplamaq da qarşıya qoyulan vəzifələr sırasındadır.  

Fondun nəzdində Ağsaqqallar şurası yaradılacaq ki, bu da işimizin daha məqsədyönlü və səmərəli qurulmasında, ziyalı ağsaqqallarımızın məsləhətlərini səsləndirmə imkanı üçün mühüm rol oynayacaq. Eləcə də gənclərimizin bir-birini daha yaxından tanımaları, təmasda olmaları üçün Fondun nəzdində Gənclər qolu yaradılacaq, müntəzəm olaraq onların görüşləri təşkil olunacaq, xüsusilə də tələbə gənclərə daha çox diqqət göstəriləcək. Rusiyanın, eləcə də keçmiş SSRİ məkanının ayrı-ayrı şəhərlərində yaşayan darvazlılarla daim sıx əlaqə yaradan bir koordinasiya mərkəzi olacaq. İlkin mərhələdə üzvlük üçün müraciət edənlər əsasən kişilər olsalar da, gələcəkdə qadınlarımızı da Fondun fəaliyyətinə cəlb etməyi nəzərdə tutmuşuq. Məqsədimiz Fondu bütün darvazlıların vahid ailəsi halına gətirməkdir.

Bir sözlə, arzular və planlar çoxdur. Yazdıqlarımız ilkin mərhələdə qarşıya qoyulmuş planların yalnız bir hissəsidir və növbəti görüləcək işlərimiz həm də üzvlərimizin fəallığından asılı olacaq. Sıralarımıza qoşulanların sayının hər gün artması istəklərimizi reallaşdıra biləcəyimizə ümidləri artırır.

Bir zəruri məsələni də qeyd edək ki, toplanan vəsait və xərclərlə bağlı ayda bir dəfədən az olmayaraq yalnız üzvlərə hesabatlar təqdim ediləcək. Fondun üzvlərini ətrafında birləşdirən ayrıca vatsap qrupu yaradılacaq ki, bu da üzv olan hər kəsə toplanan maliyyənin şəffaflığına nəzarət etmək, lazım bildiyi halda əlavə hesabat tələb etmək və təklif vermək imkanı yaradacaq. Görüləcək işlər, planlar barədə üzvlərə həmin vatsap qrupu vasitəsi ilə zəruri məlumatlar təqdim olunacaq.

Hər birinizi Fondun fəaliyyətində yaxından və aktiv şəkildə iştirak etməyə dəvət edirik.

 

 

TƏŞƏBBÜS QRUPU

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

Darvazinfo@gmail.com 

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina