Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“DARVAZ” XEYRİYYƏ FONDU TƏŞƏBBÜS QRUPUNUN GƏNCLƏRƏ MÜRACİƏTİ

Hörmətli gənc eloğlular!

Bu gün dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, hamımızı birləşdirən bir şey var – ata-baba yurdumuz dogma Darvaz kəndi! Bəlli səbəblərdən bəzilərimiz Darvazda dünyaya gəlməsək də, bu kəndin hər daşı, hər qayası, bulağı, çölü-çəməni, yaylaqları bizəəzizdir. Bu torpaqda mərdlikləri, igidlikləri ilə seçilən, kişi sözünü hər şeydən üstün tutan, qonaqpərpərliyi ilə el-obamıza hörmət qazandıran və bizə təkcə var-dövlət deyil, həm də yüksək mənəvi keyfiyyətləri miras qoyan ulularımız uyuyur. Türk dünyasında adına dastanlar qoşulan, Darvazlı  Mehralı bəy kimi adını Türkün şanlı tarixinə yazdıra bilmiş qəhrəmanımızla haqlı olaraq qürur duyur, fəxr edirik.

Babalarımızın xeyirxahlıq ənənəsini XXI əsrin ilk onilliklərində çox böyük uğurla davam etdirən, Darvaz və darvazlılar üçün ölçüyəgəlməz miqyasda xeyriyyəçilklə məşğul olan, kəndin rifahı naminə maddi dəstəyini əsirgəməyən  Ziya Abbasovu unutmaqmı olar?!

Əziz gənc eloğlularımız! Hər zaman ağızbirliyi, mütəşəkkilliyi, bir-birinin xeyir-şərində canyandırması ilə seçilən darvazlıların babalardan qalma bu ənənəsini yaşatmaq, mənəvi birliyimizi qoruyaraq yaşatmaq vacibdir və bu işdə hər birimizin üzərinə məsuliyyət düşür. Bu gün əslən Darvazdan olan gənclərin sorağı dünyanın nüfuzlu ali təhsil ocaqlarından və müxtəlif iş mərkəzlərindən gəlir. Gənclərimizin  arasında istər Azərbaycanda, Rusiyada, istərsə də digər ölkələrdə kifayət qədər tanınmış müxtəlif peşə sahibləri – həkimlər, hüquq-mühafizə işçiləri, mühəndislər, iqtisadçılar, elmin ayrı-ayrı sahələri üzrə alimlər, uğurlu iş adamları var ki, hər biri ilə darvazlılar qürur duyur. 

Bu gün müraciətimiz sizlərədir, əziz gənc eloğlular! Gəlin Bakıda bir qrup ziyalının təşəbbüsü ilə yaradılmış  “Darvaz” Xeyriyyə Fondunun işində yaxından iştirak edək,  Fondun nəzdində gənclər qolu olaraq Darvazımızın və darvazlıların daha firavan sabahı naminə öz töhfəmizi verək. Dünənimizə sahib çıxaq, sabahımız naminə köməyimizi əsirgəməyək, mənəvi birliyimizi qoruyaq və yaşadaq.  Burada əsas məqsəd həm də ondan ibarətdir ki,  Darvaz gəncləri olaraq bir-birimizi daha yaxından tanıyaq, bir-birimizə dəstək olaq!

Bu məqsədlə ilk olaraq Bakıda yaşayan darvazlı gənclərlə görüşüb bir araya gəlməyi düşünürük. Görüşün vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Görüşdə iştirak etmək istəyənlər Fondun gənclərlə iş üzrə koordinatoru Roman Namazovla əlaqə saxlaya bilərlər.

Əlaqə nömrəsi: +994 55 710 95 85

 

 “DARVAZ” XEYRİYYƏ FONDU TƏŞƏBBÜS QRUPUNUN ÜZVÜ 

ELŞAD ÇOBANLI

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

Darvazinfo@gmail.com 

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina