Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Halallıq. Hər işin mayasında məhz halallıq durur, halallıq ol­ma­yan yerdə ruzi-bərəkət də olmaz deyib ulularımız. Təəssüf ki, son vaxtlar cəmiyyətdə gedən proseslərə nəzər salanda “hər işin ma­yasında halallıq durur” yox, “durmalıdır” deyiminin daha çox ye­rinə düşdüyünün şahidi oluruq. Ancaq nə yaxşı ki, dünya yax­şı­lardan xali deyil və ulularımızın, ərənlərimizin tapındığı halallıq prinsipini hər şeydən uca tutan soydaşlarımız bu gün də vardır.

Ətrafl...


Bilmirəm nədəndir, son zamanlar sanki ölüm də adiləşib. İndi kiminsə ölüm xəbəri insanları o qədər də təəccübləndirmir. Burada bəlkə də qeyri-adi heç nə yoxdur. Çünki əslində insan elə doğulduğu gündən ölümünə doğru yol gedir. Və doğumla ölüm arasındakı bu zamanı hərə bir cür yaşayır, özündən sonra hərə bir cür iz qoyur. Böyük insanlar həmişə yaxşı yaşamaqdan çox, yaxşı ölmək uğrunda mübarizə aparırlar. Yəni elə yaşamağa çalışırlar ki, ölümün üzünə də dik baxa bilsinlər, fizki ölümdən sonra da yaşasınlar.
O kəslər Allahın xoşbəxt bəndələridir ki, hələ sağlıqlarında ikən ürəklərdə özlərinə yuva qura bilirlər. “Adam var evdən gedər, adam var eldən”  deyimi də məhz belə insanlar üçün deyilib.

Ətrafl...

Qardaşım Səmədin telefonla dediyi acı xəbərə əvvəlcə inanmadım. Bu xəbər yalan olar, - deyə onu da inandırmağa çalışdım. Aradan bir neçə dəqiqə keçməmiş Səməd bir də zəng elədi, ürəkağrısı və böyük təəssüf hissi ilə bildirdi ki, eşitdiyi xəbər doğrudur: Ramiz Aşırov vəfat edib.

Ətrafl...

( Təbriz İmanın 2013-cü ildə işıq üzü görmüş “Göylərə göydən baxıram” adlı kitabına yazılmış ön söz) 

Ətrafl...

(Təbriz İmanın “Yerlə göyün arasıdır ünvanım” adlı kitabına yazılmış ön söz)

Ətrafl...

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneulinin Baydar kəndində 60 nəfərin iştirak etdiyi aksiya keçirilib. Kənd sakinləri torpaq tələbi ilə çıxışlar ediblər. Sakinlər bildiriblər ki, illərlə kənd sakinlərinin əkdikləri 70 hektar əkin sahəsi və 40 hektar otlaq sahə onların əllərindən alınaraq, qeyri-qanuni yolla başqalarına satılıb. Aksiyada Gürcüstan hakimiyyətindən bu vacib məsələni araşdırmaq tələb olunub.

Ətrafl...

Əslində bu yazı çoxdan yazılmalıydı. Daha doğrusu içimdəki Arif dastanı çoxdan yazılırdı – söz-söz, cümlə-cümlə. Nə vaxt başlandığını deyə bilmədiyim kimi, nə vaxt qurtaracağını da bilmirəm.  Təkcə onu bilirəm ki,  bu yazı tamamilə başqa məzmunda olmalı idi, ancaq belə alındı... Və mən bu yazını çoxdandır ki, içimdə dolandırsam da, özümdə güc tapıb kağıza köçürə bilmirdim. Bəlkə bu da talenin işidir ki, bu yazının ilk cümlələrini mən məhz bu gün möhtəşəm “Çırağan” şadlıq sarayında – Aytənin toyunda qələmə alıram.

Ətrafl...


Bizi beş günlük ömürnən,

Sınayıb yoxlayan Tanrı.

Yaxşıları çiçək kimi,

Qoparıb qoxlayan Tanrı.

Ətrafl...

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

Darvazinfo@gmail.com 

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina