Dünyanın müxtəlif ölkələrində yaşayan Darvaz əsilli soydaşlarımız arasında öz istedadı, zəhməti, iradəsi və əzmkarlığı ilə idman sahəsində böyük nailiyyətlər qazanan çoxsaylı gənclərimiz var. Onların sırasında dünya və Avropa çempionları, beynəlxalq turnirlərin qalibləri, nüfuzlu yarışların mükafatçıları və müxtəlif idman növlərində yüksək nəticələr əldə etmiş həmyerlilərimiz yer alır.
Təəssüf ki, bu gənclərimizin bir çoxu yaşadıqları ölkələrdə və beynəlxalq idman arenalarında tanınsalar da, öz doğma el-obasında kifayət qədər tanınmırlar.
Bu boşluğu aradan qaldırmaq, idmançı gənclərimizin həyat və idman yolunu, qazandıqları nailiyyətləri, uğur hekayələrini sistemləşdirərək gələcək nəsillərə çatdırmaq məqsədilə Darvazlı idmançılara həsr olunmuş xüsusi bir kitab hazırlamağı qarşıma məqsəd qoymuşam.
Kitabın hazırlanması yalnız idmançılarımızın uğurlarının əbədiləşdirilməsi baxımından deyil, həm də yetişməkdə olan nəslin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və gənclərimizin yeni nailiyyətlərə ruhlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə dünyanın müxtəlif ölkələrində yaşayan bütün Darvazlı soydaşlarımıza, idmançılarımıza, onların ailə üzvlərinə, məşqçilərinə və yaxınlarına müraciət edirəm.
Xahiş edirəm, tanıdığınız Darvaz əsilli idmançılar haqqında aşağıdakı məlumatları mənimlə bölüşəsiniz:
-
Adı, soyadı və doğum tarixi;
-
Yaşadığı ölkə və şəhər;
-
Məşğul olduğu idman növü;
-
Həyat və idman fəaliyyəti haqqında məlumat;
-
İştirak etdiyi yerli və beynəlxalq yarışlar;
-
Qazandığı medallar, titullar və digər nailiyyətlər;
-
İdman fəaliyyətini əks etdirən fotoşəkillər.
Mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Whatsapp: +994702405353
Gəlin, Darvazın adını ucaldan idmançılarımızı tanıyaq, tanıdaq və onların uğurlarını tariximizin ayrılmaz bir parçasına çevirək!
İnanıram ki, bu kitab Darvazın idman tarixinin formalaşdırılmasına mühüm töhfə verəcək, doğma kəndimizin adını müxtəlif ölkələrdə ucaldan idmançı gənclərimizin uğur salnaməsinə çevriləcəkdir.
Onların nailiyyətləri ümumi qürurumuz, uğur hekayələri isə gələcək nəsillər üçün örnək olsun!
Hörmətlə,
Alı İsmayılov

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
| Valyuta məzənnələri | ||
| Azərbaycan manatı | ||
| (RUB) | //-// | |
| (GBP) | //-// | |
| (EUR) | //-// | |
| (USD) | //-// | |
| Friday | +13° | 0° | |
| Saturday | +12° | 0° | |
| Sunday | +14° | +2° | |
| Monday | +12° | +1° | |
| Tuesday | +11° | -1° | |
| Wednesday | +10° | +1° |


