Xəbərlər
Novruz bayramı ərəfəsində Darvaz kəndi 4 nəfərin ölümü ilə nəticələnən faciə ilə üzləşib. Bədbəxt hadisə Tiflis şəhərində yaşayan Darvazlı Şahmurad Bayramovun ailəsində baş verib. Hadisə Gürcüstanın paytaxtı Tiflis şəhərinin Krtsanisi rayonunda baş verib. Hadisə nəticəsində Şahmurad Bayramovun həyat yoldaşı Nanə Bayramova və oğlu Zamin Bayramov, eləcə də həmin gün onlarda qonaq olan Ceyhun və Elnurə Orucovlar dəm qazından zəhərlənərək həyatlarının itiriblər.
faciəyə səbəb gecə hamamda suqızdırıcının açıq qalması nəticəsində mənzilə dəm qazının dolması olub. Ş.Bayramovun oğlu Zamin Bayramov qonaqlıqdan sonra hamamda yuyunub, qızdırıcının qazını söndürməyərək yatıb.
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneulinin Baydar kəndində 60 nəfərin iştirak etdiyi aksiya keçirilib. Kənd sakinləri torpaq tələbi ilə çıxışlar ediblər. Sakinlər bildiriblər ki, illərlə kənd sakinlərinin əkdikləri 70 hektar əkin sahəsi və 40 hektar otlaq sahə onların əllərindən alınaraq, qeyri-qanuni yolla başqalarına satılıb. Aksiyada Gürcüstan hakimiyyətindən bu vacib məsələni araşdırmaq tələb olunub.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
| Valyuta məzənnələri | ||
| Azərbaycan manatı | ||
| (RUB) | //-// | |
| (GBP) | //-// | |
| (EUR) | //-// | |
| (USD) | //-// | |
| Friday | +13° | 0° | |
| Saturday | +12° | 0° | |
| Sunday | +14° | +2° | |
| Monday | +12° | +1° | |
| Tuesday | +11° | -1° | |
| Wednesday | +10° | +1° |






