Bilirsinizmi?
- Ətraflı
- Bölüm: Uncategorised
- Baxış sayı: 10379
* Darvazda kolxoz 1933-cü ildə qurulub və kolxozun ilk sədri Gülməmmədov Ramazan İbrahimxəlil oğlu seçilib.
* Darvazda sovxoz 1976-cı il yanavrın 1-də yaradılıb və 20 il ömrü olub.
* 1918-ci ildə Darvazda ruhani məktəbi açlıb və burada dərs deyən ilk müəllim Faxralı kəndindən gəlmiş Molla Əli olub. 1919-cu ildə isə, rəsmi sənədlərdə də qeyd olunduğu kimi, Darvazda bu gün də fəaliyyətini davam etdirən məktəbin əsası qoyulub.
* Darvaz orta məktəbinin kəndin ortasındakı köhnə binası 1939-cu ildə istifadəyə verilib.
* Darvaz orta məktəbinin hazırkı dördmərtəbəli binası 1985-ci ildə istifadəyə verilib.
* Darvaz orta məktəbinin ilk medalçı məzunu məktəbi 1963-cü ildə bitirmiş Çobanov Səməd Nəbi oğludur.
* Darvzdakı ikinci qəbiristanlıq özünün ilk əbədi sakinini 1990-cı ilin yanvarında qəbul edib: bu qəbiristanlıqda ilk dəfn olunan Zeynalov Əsəd (Gəlmə Əsəd) olub.
* Darvaz kəndindən ilk dəfə namizədlik dissertasiyası müdafiə edib elmlər namizədi alimlik dərəcəsini 1968-ci ildə Məhəmmədəli Novruz oğlu Məmmədov almışdır.
* Darvaz kəndindən ilk dəfə doktorluq dissertasiyası müdafiə edib elmlər doktoru elmi dərəcəsini (tibb üzrə)1984-cü ildə Fərman İbrahim oğlu Gülməmmədov almışdır.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
| Valyuta məzənnələri | ||
| Azərbaycan manatı | ||
| (RUB) | //-// | |
| (GBP) | //-// | |
| (EUR) | //-// | |
| (USD) | //-// | |
| Friday | +13° | 0° | |
| Saturday | +12° | 0° | |
| Sunday | +14° | +2° | |
| Monday | +12° | +1° | |
| Tuesday | +11° | -1° | |
| Wednesday | +10° | +1° |


