Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Nəsillər

Hörmətli eloğlular! Saytımızın bu bölümündə Darvazdakı ayrı-ayrı nəsillər haqqında müfəssəl məlumat verəcəyik. Verdiyimiz məlumatın daha dəqiq olması üçün isə həmin nəsillərin nümayəndələrinin köməyinə ehtiyacımız var. Heç şübhəsiz ki, hər nəsildə nəslin tarixini və şəcərəsini bilənlər var. Ən azından bunu yaşlı nəslin nümayəndələri ilə dəqiqləşdirmək olar. Hər nəslin nümayəndəsindən aldığımız və artıq mükəmməl saydığımız məlumatları saytda yerləşdirəcəyik. Gələcəkdə isə bu məlumatlar həm də Darvazla bağlı hazırladığımız kitaba daxil ediləcək. Ona görə də üzümüzü sizlərə tuturuq, əzizi darvazlılar. Öz nəsliniz haqda məlumatları bizə çatdırın ki, biz də onu işləyib sayta yerləşdirək. Kitab işıq üzü görəndən sonra umu-küsü olmasın ki, bizim nəsil haqqında niyə məlumat verilməyib.

Yaxşı olar ki, mümkün qədər nəslin hər fərdinin doğum və dünyasını dəyişənlərin ölüm tarixlərini də qeyd etmək daha yaxşı olardı.

Məlumatın əvvəlcə saytda yerləşdirilməsi həm də imkan verir ki, müəyyən səbəblərdən yol verilmiş yanlışlıqları aradan qaldıraq. Belə ki, internetin imkanları genişdir və ola bilsin ki, haqqında məlumat verilmiş nəslin bu gün Darvazdan və Bakıdan uzaqda yaşayan elə bir nümayəndəsi var ki, öz nəsli haqda hamıdan daha çox məlumatlıdır. Və saytda bu məlumatları oxuduqdan sonra özünün qeydlərini bizə göndərəcək.

Ətrafl...

Salmanlı haqqında məlumatı Əliyev Kərəm Mehman oğlu verib. Onun dediklərinə görə, bu nəslin Darvazda ilk nümayəndələri kimi bilinən SALMAN Qars vilayətindən gəliblər. Bu gün Darvazda Salmanlı yaxud Salman öyü kimi tanınan bu nəsil Salmanın törəmələridirlər. Hazırda bir neçə soyadı daşıyırlar: Salmanov, Əliyev, Vəliyev.

Salmanın ZAMAN adlı bir qardaşı da olub ki, o, Türkiyədə qalıb. Onun törəmələri hazırda Türkiyənin Ərdahan vilayətində, Çıldıra bağlı Ağçaqala kəndində yaşayır və Zamanoğluları kimi tanınırlar.

Ətrafl...

Darvazda böyük nəsillərdən biri də Hacı öyüdür. Digər nəsillərdən fərqli olaraq, bu nəsildə soyad müxtəlifliyi, demək olar ki, yoxdur. Əksəriyyət Hacıyev soyadını daşıyır. Yalnız Abuzər və Elizbar müəllimgilin soyadı Abdullayevdir.

Bu nəsil haqda təxminən 10 ildən artıq bundan əvvəl rəhmətlik Hacıyev Vəlidən – doxtur Vəlidən bilgilər almışdım. Sonra isə Rəşid Hacılar nəsil şəcərəsini yazıb verdi. Onun dediyinə görə, hələ neçə illər öncə Hacı öyünün və Darvazın çox ləyaqətli kişilərindən olan  rəhmətlik Eldar Hacıyev nəslin Darvaza gəlmə tarixi və şəcərəsi ilə bağlı müəyyən araşdırmalar aparıb. Sonra bu araşdırmaları rəhmətlik Valeh Hacılar davam etdirib, Gürcüstanın dövlət arxivində araşdırmalar apararaq, öz nəsli ilə yanaşı, Darvazdakı bir çox nəsillər haqda da maraqlı məlumatlar aşkarlayıb. Bu haqda özünün 2006-cı ildə Tiflisdə nəşr etdirdiyi “Ulu baban kim olub” adlı kitabında geniş məlumat verib. Həmin məlumatlara söykənən Rəşid Hacılar (Hacıyev) nəslin Darvaza gəlmə tarixini 1760-cı il kimi göstərir. Əldə olunan məlumatlarda nəslin Darvaza gələn ilk nümayəndəsinin Qulu adlı şəxs olduğu bildirilir. O, Türkiyənin Qars vilayətindən gəlib.

Nəsil şəcərəsi ilə bağlı təqdim olunan məlumat 2007-ci il aprelin 12-dək olan vəziyyəti əks etdirir.

Beləliklə, Rəşid Hacıyevin məlumatı əsasında hazırladığım Hacı öyünün nəsil şəcərisini təqdim edirik. Hər hansı bir yanlışlıq varsa, bəribaşdan bu nəslin nümayəndələrindən üzr istəyir və irad və təklifləri nəzərə alaraq şəcərəni yenidən hazırlaya biləcəyimizi diqqətinizə çatdırırıq. 

Ətrafl...

Darvazda ən böyük nəsillərdən olan Martalar haqqında bu məlumatı bizə İsmayılov Ramazanın nəvəsi (Musa oğlu) Alı təqdim edib. Çağırışımıza səs verdiyinə görə gənc eloğlumuza saytımızın adından təşəkkür edirik. Və qeyd etmək istəyitir ki, nəsil şəcərəsi haqda məlumatın tamamlanmasına ehtiyac var. Belə ki, Alı bizə bu nəslin Qazaxdan gəlmiş üç qardaşdan (İsmayıl, Alı və Pirverdi) biri – İsmayılın törəmələri haqqında geniş məlumat verib. Digər iki qardaşın – Alı və Pirverdinin törəmələri haqda da geniş məlumatı verməyi nəslin bu barədə məlumatlı nümayəndələrindən xahiş edirik.

Məlumatlarda hər hansı yanlışlıq olarsa, buna görə əvvəlcədən üzr istəyir, irad və təklifləriniz əsasında yeni mükəmməl bir variantın hazırlanacağını nəərinizə çatdırırıq.

Ətrafl...

(Bu nəsil haqda məlumat Əhmədov Tofiq Əhməd oğluna istinadən hazırlanıb)

 Bu nəslin adı PAŞA kişinin adıyla bağlıdır. Bizə bu məlumatları verən Tofiq Əhməd oğlunun dediklərinə görə, Paşanın öyü Xəlfələrlə yaxın qohumdur, yəni kökləri birdir. Ancaq bu qohumluğun dəqiq olaraq hansı formada mövcud olduğu bəlli olmadığından nəsil şəcərəsini elə PAŞA kişidən başladıq. 

Ətrafl...

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina