Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Kolxoz və sovxoz

 

Darvazda kolxoz 1933-cü ildə 24 fərdi təsərrüfatın birləşməsi ilə qurulub. İlk kolxoz sədri Ramazan İbrahimxəlil oğlu Gülməmmədov olub. 1934-cü ildə kolxoz sədri vəzifəsinə Hacıyev İbad seçilib.

1936-cı ildə kənddə kollektivləşmə tamamilə başa çatıb və Nədir Əhmədov sədr seçilib. Həmin ərəfədə o dövrdə böyük əhəmiyyət kəsb edən təbliğat qrupunun rəhbəri isə Nəbizadə Məhəmməd olub.

1942-1948-ci illərdə kolxoz sədri Əliyev Qurban (Salman öyü), 1948-1952-ci illərdə isə yenidən Nadir Əhmədov olub.

Sonrakı illərdə isə hələlik bizə məlum olduğuna görə aşağıdakılar kolxoza rəhbərlik ediblər:

 

1952-1954-cü illərdə Nəbizadə Məhəmməd

1954-cü Aşırov Hilal,

1955-1956-cı illərdə Hacıməmməd Hacıyev

1956-1957-ci illərdə Novruz Məmmədov

1957-ci ildə İbrahim Gülməmmədov

1958-də İsa Rəhim oğlu Nəbiyev

1959-1960-cı illərdə Ənvər Allahverdiyev

1961-də Rəhim Nəbiyev

1962-1963-cü illərdə Mahal Məhərrəmov

1963-1965-ci illərdə Süleyman Salmanov

1966-cı ildə Qədir Bayramov

1967-ci ildə Kamal Nəbiyev

1969-cu il Hacıxəlil Nəbiyev

1970-ci ildə Oruc Məmmədov

1971-ci il Süleyman Salmanov

1972-1973-cü illərdə  İbrahim Əhmədov (Cəfərli kəndindən)

1974-1975-ci illərdə Vəli Abbasov

 

1976-cı il yanvarın 1-dən Darvaz kəndindəki E.Telman adına kolxoz da daxil olmaqla Arakeldən yuxarı bütün kolxozlar birləşdirilərək bir sovxoz yaradıldı və Ayortalı Veysal Məmmədov direktor təyin olundu.  On ilə yaxın V.Məmmədov bu vəzifədə çalışdı, sonra onun yerinə Zveli-Kveşili Vəkil Məmmədov təyin olundu. 1989-cu ildə sovxoz iki yerə ayrıldı, Darvaz kəndində ayrıca heyvandarlıq sovxozu yaradıldı və Valerik Mehralı oğlu Qurbanov direktor təyin olundu. 1991-ci ildə bu vəzifəyə Lazaraşvili familiyalı gürcü təyin olundu. Bir ildən sonra – 1992-ci ildə isə bu vəzifəyə Abbasov Nadir təyin olundu. 1996-cı ildə torpaqlar əhaliyə paylandı və sovxoz ləğv olundu.

 

QEYD: Çox güman ki, kolxoz sədrləri ilə bağlı da müəyyən dəqiqləşdirilməyə ehtiyac var. Bu barədə daha dəqiq bilgisi olanlardan saytın rəhbərliyinə məlumat vermələrini xahiş edirik.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina