Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Dialektoloji lüğət

А

AADI – heç vaxt, qətiyyən, nabadə, olmuya-olmuya

AĞNAĞAZ – köməkçi avadanlıq.

ASMA – guya. Məs: Özünü elə göstərir ki, asma heç nə bilmir.

AL DİLİ ILƏ SORUŞMAQ – hiylə işlətməklə nəyisə soruşub öyrənmək.

ALIŞMA – mal kəsib ətini bölmək.

ARМАХ – bir şeyə aludə olmaq.

 

B

 BАĞRIBARDAŞ – bir-birinə həddən artıq bağlanan adamlara deyilir.

BEÇƏRƏ - yazıq, fağır

BEYQAFIL – qəfil

BIY – təəccüb ifadəsi. Məs: Bıy, bu hardan çıxdı.

BİNƏSİF –  yetərli; tələb olunan. Məs: Özümüzə binəsif tədarük gör.

BİRHOYRU – bir az. Məs: Birhoyru qonşuda oturub gəlirəm.

BİRCƏ QINNAQ – bir az, azacıq. Məs: Ondan bircə qınnaq da bu uşağa ver.

  

C

CАHАL /  CAHAL-CUMRU – cavan, gənc

CIQQILI – lap balaca, azacıq

CİJİ – anaya müraciət forması kimi işlədilir.

CİRİ – 1-diribaş; 2-dağıdıcı bəla; Məs: 1) Elə ciri uşaqdır ki, getdiyi yerdən boş qayıtmaz. 2) Ay aranıza ciri ensin!

CULAMAQ – qoşmaq; calaşdırmaq; Məs: Məni bu işə  culayana Allah lənət eləsin.

CОМUŞОТU – yabanı bitən тярявяз битэиси.

CIМХIRbüsbütün. Məs: Ət deyil e, cımxır yağdır.

 

 Ç

 ÇALXOY – kip olmayan; lax

ÇALPANOY – yağış növü

ÇАLМА – başa bağlanan örtük. Məs: Anan mən çalan çalmanı çalsın.

ÇATI –ipdən örülmüş uzun kəndir (əvvəllər keçinin qılından hörülərdi).

ÇIL-ÇIRPI – meşədə ağac qırıntıları

ÇITIX - odun yararkən ayrılan kiçik parça

  

D 

DAMBAТ  – özündənrazı, özünü dartan аdam

DARQURSAХ  – hövsələsiz adam

DƏHMƏRLƏMƏK – işi başa çatdırmaq üçün cəld tərpənmək

DİNŞƏMƏK –  hiss etdirmədən diqqətlə qulaq asmaq

DİNAZ – qınaq, el qınağı

 

Е

 ЕRTƏ – tez (savax ertə,  səhər tezdən)

EYMƏNMƏK – qorxmaq

  

Ə

 ƏNGƏZDƏMƏK – bərk döymək

ƏSDAH, əsdahını öyrənmək – düzünü öyrənmək

ƏSVƏL (əsvəlli) – əsas, mühüm

 

F

 FƏNƏ – cəza. Məs: Özünü yaxşı apar, yoxsa fənəni verərəm.

FƏFİK – qorxaq; ağciyər

  

G

 GAP – söhbət

GÖYƏZƏ – acgöz; tamahkar, gözü doymayan.

GƏVƏZƏ – yekəxana

GÜNÜ – kişinin birinci arvadının üstünə gətirdiyi ikinci arvad

   

H

HACAT – alət

HANCARI – necə

HA – əsa

HÖYLƏKİ – ütələk

 

 Х

 XAYLAQ – cins; (yalnız insan haqqında) Məs: Belə məclisə qadın xaylağının getməsi düz deyil.

XAXANAZ – ədəbsiz əyləncə, bir yerə toplaşıb mənasız söhbətlər etmək. Məs: Filankəsin evində hər axşam xaxanaz olur.

 

 İ

 İVNƏ – xain, qəlbiqara, aravuran

İDARA – məhsul. Məs: Qışın idarasını yayda görərlər.

  

K

 KАHАL – kеy аdаm

KАLАFА – uçub dağılmış qаrаdаm yеri

KƏKİL – başı qırxarkən ön tərəfdə saxlanılan saç

KİRİŞ  - cəhrənin ipi. Tez üzülməsin deyə saqqızla boyanırdı.

KİLKƏ – çöküntü, xılt. Məs: Qabın dibinə əl qalında kilkə yığılmışdı.

KIXMIX – talaşa; Ocağı tez qalamaq üçün altdan bir-iki  kıxmıx qoy.

 

 Q

 QAVQARMAQ – qablaşdırmaq

QAHIR – qəhr

QIRBORA – cox duzlu

QIRIŞMAL – söyüş mənasında işlədilir

QIMIŞMAQ –  dodaqaltı gülümsəmək

   

L

 LAĞAR – kotanın əkin zamanı açdığı cızı

LAYDIR – nərdivan – (ot daşımaq üçün  arabaya bərkidilən yanlıq

LƏĞVƏ – ləqəb. Məs: Kənddə elə adam qalmayıb ki, ləğvə qoşulmasın.

LIXCIM – bol; həddən çox

LEJƏN – çoxlu, bol (bu il meyvə lejənidi)

  

М

MAYFA – şikəst

MALMADIQ – key, əfəl

MAZARRAT – müxənnət

  

N

NAÇAX – xəstə

NACAQ – kiçik balta

NAVALIX  - günahsız, bir işdən xəbərs. Məs: Bu navaxılığın heç nədən xəbəri yoxdur.

  

О

 OD-YALOY – qoçaq oğlan uşağına deyilir

   

Ö

 ÖRƏNƏ – otaracaq

 

P

 PAMPAQ – az hərəkətli; qorxaq

PASALAQ - ərazi, zona. Məs: Bu pasalaqda belə şəyə rast gəlmədim.

PAZAX – arıq mal əti

PATAVA – ayаqqabıda palçıq topası

 

 R

 RAKKI – sabun (deyilənə görə ikinci dünya müharibəsi illərində Gürcüstana xaricdən “Rakki”  firmasının istehsalı olan sabun gətirilib. Elə o vaxtdan əl-üz sabununa rakkı deyilib.)

 

S

 SIFQARMAQ – qabın dibini tamam boşaltmaq

SALAMOY – ağacdan meyvə saldırmaq və ya başqa məqsədlə atılan ağac parçası

SƏVİ – fağır.  Məs: bu səvinin nədən xavarı var

SƏVƏRMƏK – uzanmaq

                   

Ş

 ŞALAX – azacıq gen olan; Bu paltar şalaxdır, ona yaraşmır.

ŞAMARTA – əyləncəli şənlik

ŞAPATOY – dava-dalaş        

 

 Musa NƏBİOĞLU

  

(davamı olacaq)

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina