Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

VAHİLƏ ƏLIYEVA 65

Əliyeva Vahilə Məhəmməd qızı 10 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Bolnis rayonunun Darvaz kəndində anadan olub. 1973-cü ildə Darvaz orta məktəbini bitirib və Azərbaycana üz tutub. Sənədlərini Bakı şəhərindəki Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna verərək Bioligiya fakültəsinə qəbul olub. 1976-cı ildə Əliyev Rizvan İlyaz oğlu ilə ailə hayatı qurub.  1977-ci ildə həmin institutu bitirərək Darvaz kəndinə dönür və həmin ildən Darvaz orta məktəbində kimya- biologiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayır.

 

1982-ci ildə həyat yoldaşının işi ilə əlaqədar Rusiyanın Tümen şəhərinə köçürlər. Həyat yoldaşı Rizvan Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirmişdir. O, bir müddət Bakı şəhərində ixtisası üzrə çalışdıqdan sonar vətəni Borçalıya üz tutur və Kazreti qəsəbəsində işini davam etdirir. Sonradan isə Tümen vilayətinə gedərək daxili işlər orqanları sistemində çalışmışdır. Rizvan Əliyev burada mayor rütbəsinədək yüksəlmişdir. İş yerində dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. Lakin vaxtsız ölüm çox tez, hələ gəncikən onu bizim aramızdan almışdır. 1997-ci ilin avqust ayının 17-də bu dünyaya həmişəlik göz yummuşdur. Mayor Rizvan Əliyev onu tanıyanların və Darvaz elinin yaddaşında daim yaşayacaqdır.

Beləliklə də, Vətəndən uzaqda 3 uşaqla ailənin bütün yükü Vahilə xanımın üzərinə düşür.

Vahilə xanım Tümen şəhərində 125 nömrəli uşaq bağçasına tərbiyyəçi müəllim düzəlir. Kollektivdə böyük hörmət qazanan Vahilə Əliyevanı həmin bağçaya təlim-tərbiyə işləri  üzrə metodist təyin edirlər. Bu da Vahilə xanımın uşaqlara olan sevgisindən irəli gəlirdi. Vahilə xanımın uşaqlara sevgisini, kollektivdə davranışını görən  bağçanın müdiri Sosnovskaya Lyudmila Anatoliyevna başqa bağçaya müdir gedərkən  Vahilə Əliyevanın işini də  da ora köçürtdürür.  Vahilə Əliyeva 13 il həmin bağçada çalışdıqdan sonar 131 nömrəli bağçada işə başlayıb və 18 il də bu bağçada tərbiyəçi-müəllim işləyib. Hər iki bağçada dəfələrlə fəxri fərmanala təltif edilib.

Övladarına təhsil vermək üçün bütün çətinliklərin öhdəsindən gəlir. İlk övladı Həsən Əliyev Tümen şəhərində TASİ –nun tikinti - mühəndis ixtisasını bitirir. Qızı Mahirə Əliyeva isə Tümen Tibb İnstitutunu bitirərək Tümen şəhərində mərkəzi xəstəxanada ginekoloq-akuşer vəzifəsində çalışır.  Kiçik qızı Venera isə atasının yolu ilə gedərək Tümen Dövlət Universitetinin hüquq fakültəsini qurtarıb. Hazırda Tümen şəhərində vəkil kimi fəaliyyət göstərir. Vahilə xanım deyir ki, hər dəfə çətinə düşdükdə “Allah qapımızı bağladıqca, dözüm pəncərəmizi açar” deyirdim. Vahilə xanım uşaqlarıyla fəxr etdiyini deyir. Və fəxr etməyə haqqı da var. Vahilə xanım həyat yoldaşını itirsə də bu çətin vəziyyətdə, tək başına hər üç uşağına ali təhsil verib və hər birinə el adəti ilə toy edib. Hər üç uşağı Darvaz kəndindən olanlarla ailə qurublar. Vahilə xanım deyir ki, kaş babaları da sağ olardı və nəvələrinin əllərindən tutub gəzdirərdi. Təəssüf ki, bu xoşbəxtlik ona qismət olmadı.

Hazırda Vahilə xanımın 3 övladdan 8 nəvəsi var.

Vahilə Əliyevanın  bu il 65 illik yubileyi  tamam olur. Vahilə xanımı biz,  Darvaz eli və onu sevənlər adından təbrik edir ona uzun ömür möhkəm can sağlığı arzu edirik.

 

Hüsniyyə Çobanova

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina