Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

HƏMYERİLİMİZ MOSKVADA REKTORDUR

Əslən Borçalının Darvaz kəndindən olan Vaqif Döyrüş oğlu Bayramov 1957-ci il yanvarın 28-də Tiflis şəhərində anadan olub. Orta təhsilini də bu şəhərdə alıb. 1986-cı ildə Qırmızı Əmək Bayrağı ordenli Moskva Metallurgiya İnstitutunu istilik texnikası və metallurgiya sobalarının avtomatlaşdırılması ixtisası, 2002-ci ildə isə A.S.Puşkin adına Leninqrad Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.

N.E.Bauman adına Moskva Dövlət Texniki universiteti dissertasiya şurasının 2003-cü ilin may ayındakı qərarı ilə ona siyasi elmlər namizədi elmi dərəcəsi verilib.

2004-cü ildən Moskva Dövlət Humanitar İqtisad universitetində əvvəlcə dekan, sonra isə birinci prorektor vəzifəsində çalışıb. 2006-cı ildən isə bu universitetin rektorudur. 2009-cu ilin aprelindən sosial elmlər doktoru, 2010-cu ildən isə professordur.

Rusiya Təbiət Elmləri Akademiyasının müxbir-üzvü, Humanitar Akademiyanın üzvüdür. Sosial elmlərin inkişafındakı xidmətlərinə görə 2009-cu ildə Rusiya Elmlər Akademiyasının sosiologiya və sosial-siyasi tədqiqatlar institutları tərəfindən Pitirim Sorokin adına gümüş medalla təltif olunub. 2010-cu ildə Beynəlxalq İnformasiya, İnformasiya Prosesləri və Texnologiyalar Akademiyasının akademiki seçilib.

Vaqif Bayramov Rusiya Federasiyasının ictimai həyatında da yaxından iştirak edir. Fəxri texniki peşə təhsili işçisi, gənclər siyasəti sahəsində fəxri işçi, Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri yanında əlillərin işi üzrə şuranın üzvü, Rusiya Federasiyası prezidenti yanında Əlillərin təhsili və sosial-mədəni fəaliyyəti məsələləri üzrə işçi qrupun üzvüdür.

2013-cü il sentyabrın 2-də Rusiya Federasiyası prezidentinin fərmanı ilə çoxillik səmərəli xidmətlərinə və qazandığı uğurlara görə ikinci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif olunub.

Həmyerlimizi bütün darvazlılar və lar adından təbrik edir, daha böyük uğurlar arzulayırıq.

 

Elşad ÇOBANLI

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina