Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

22 NƏFƏRLİK ÖLKƏ

Bura dünyanın ən kiçik ölkəsi sayıla bilər. İngiltərənin Felikstou şəhərciyinin sahillərindn 10 kilometr uzaqda, dənizdə olan platformada "yaradılmış" bu cırtdan "dövlət"in başçısı özünü "knyaz Maykl" adlandıran 63 yaşlı şəxsdir.

Dövlət isə iki beton sütunun üzərindəki dəmir platformadan ibarətdir.
2-ci Dünya Müharibəsi illərində dəniz və hava hücumlarından müdafiə məqsədilə tikilmiş bu məkanda 1967-ci ildə "Silənd" (Seeland) knyazlığı qurulmuşdu. Knyaz isə Roy Beyts idi və o, özünü kral elan etmişdi.

Roy Beytsin oğlu Maykl indi Siləndin "hökmdarı"dır. İngiltərənin Saffolk bölgəsində, sahildən 10 km uzaqdakı bu kiçik "knyazlıq" gələn həftədən etibarən turistləri qəbul etməyə hazırlaşır. Sahəsi 5290 kvadrat metr olan Siləndin indi 22 sakini var. Siləndin öz gerbi, poçt markaları, hətta valyutası da var.

1967-ci ildə Britaniyadan ayrıldığı və müstəqil olduğunu bəyan edən Silənd dünyanın ən kiçik ölkəsi kimi tanınmasını tələb edir. Siləndin valyutası olan "sidollar"ın üzərində "Şahzadə Coan"ın profil rəsmi də var. "Şahzadə Coan" platformada dövlət elan etmiş Roy Beytsin xanımı idi.
Roy Beyts 2012-ci ilin oktyabrında 91 yaşında vəfat edəndə "dövlət" onun oğluna, indi 63 yaşına çatmış Maykla keçdi.

"İçməli su və elektroenerjiyə olan ehtiyacımızın 99 faizini özümüz təmin edirik. Balıqla omarlardan savayı bütün qidanı Britaniya və Avropa ölkələrindən ixrac edirik. İndi Silənddə turistlər üçün 30 otaq ayırmışıq", - Maykl Beyts deyib.

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina