Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Çinlilər niyə isti su içirlər?

Bu məqaləni qiymətləndir
(1 Səs)

 

 Çinlilər çox hallarda özləri ilə termosda isti su və ya çay gəzdirirlər. Onlar soyuq qış günlərində, eləcə də bürkülü yay günlərində həmişə isti su içməyə üstünlük verirlər. Hətta çin restoranlarına gedərkən masaya ilk gələn isti su olur. 

Bəs Çinlilər niyə ancaq isti su içirlər?
Bədənimiz üçün mühüm olanların 99%-ni mədəmizin sayəsində alırıq. Yediklərimiz bizə fiziki və ruhi baxımdan o qədər çox təsir edir ki, acı (istiotlu) yemək bizi daha aqressiv, şirin yemək isə bizi daha xoşbəxt edir. Hətta buna görə alimlər mədəmizi 2-ci beynimiz adlandırırlar. Mədəmiz üçün də ən xeyirli isti sudur.

İsti su bizim üçün niyə xeyirlidir?
Mədəmiz bədənimiz üçün bir növ “soba” rolunu oynayır. Mədəmiz yediklərimizi bakteriya və fermentlərlə əritmək üçün öncə münasib temperatura salır. Yəni təkrar isidir. Soyuq su içmək isə mədəmizin daha çox enerji itirməsinə səbəb olur. Digər qidaların da isidilməsini çətinləşdirir. Xüsusən də, yağlar soyuq suda daha çətin həll olur. Çinlilər isə yeməkdən əvvəl və sonra isti su içərək mədələrinin əziyyətə düşməsini əngəlləyirlər.
Çinlilər soyuq içkilər içərkən və ya soyuq qidalar yeyərkən daxili orqanların daha çox yığıldığına, mövcud problemləri daha da çətinləşdirdiyinə inanırlar. Yağlı tavanı soyuq suda yumağa çalışın. Yağlar donar və yapışar. Amma həmin tavanı isti suda yusanız, yağı asanlıqla təmizləyər.

İsti suyun faydaları:
1. Bədənin təbii sərinlətmə sistemini təmin edər. Bu qanın fəaliyyətində artıma səbəb olur.
2. Daxili orqanları və qabırğa qəfəsinin ətrafındakı əzələləri boşaldır, daha dərin 
nəfəs almağa kömək edir.
3. Mədə turşusunun təsirini normallaşdırır.
4. Sulanma və qidaların sovurulmasını artıraraq həzmə kömək edir.
5. Qəbizliyin qarşısını alır.
6. Yeməkdən yarım saat öncə içilən isti su iştahı azaldır və artıq çəkinin 
azalmasını sürətləndirir.
7. Soyuqdəymə zamanı qripin müddətini azaldır və sətəlcəmin qarşısını alır.

Gündə 3 fincan su içmək olar. Temperaturu otaq temperaturunda olmalıdır. İçə bilən suyun istiliiyini artıra bilər. Səhər isti su içərək günə başlayın və bədəninizin necə reaksiya verdiyini özünüz yoxlayın. Əgər isti suyun dadı xoşunuza gəlmirsə, içinə bir az zəncəfil və ya limon, portağal, kivi dilimi qataraq suya dad verə bilərsiniz. Ya da birbaşa çin üsulu ilə yaşıl çay içə bilərsiniz.

 

 

 

 

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina