Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Dünyanın 10 ən bahalı limuzini

Limuzin lüks sinif avtomobillərin yaradıcılıq zirvəsidir. Sərnişinlərin, praktiki olaraq, uzana və səfərdən zövq ala biləcəkləri dəbdəbəli limuzinlər, bir qayda olaraq, 100-300 min ABŞ dolları civarında qiymətə malikdir.

Bəzi insanlar gündəlik tələbatlarının qarşılanması üçün limuzinə ehtiyac olduğunu düşünürlər. Bəziləri, hətta sifarişlə özləri üçün individual və təkrarolunmaz limuzin hazırlatmağı üstün tuturlar. O zaman belə dəbdəbəli avtomobilin qiyməti kosmik həddə çata bilər.

Bu siyahıda yer alan avtomobillərin qiyməti ən azı 1 milyon ABŞ dollarından çoxdur. Əgər avtomobil öz növündə tək deyilsə, bu, o deməkdir ki, o, ən azı məhdud sayda buraxılıb.

"Lamborghini Aventador Stretch"
"Ulduzlar üçün avtomobil" şirkəti 2013-cü ildə "Lamborghini Aventador"un limuzin konsepsiyasını hazırlayıb. Bu limuzin 700 at gücünə malik 6.5 litrlik "V12 Lamborghini" mühərriki ilə təchiz ediləcək. "Lamborghini"nin xarici görünüşü və gücündən əlavə, avtomobilin interyeri də elit limuzindən gözlənilən hər şeylə təchiz edilib. Avtomobilin arxa hissəsi yeddiyə qədər insanın rahat yerləşməsi üçün nəzərdə tutulub. Açıq bucaq şəkilli divan, plazma televizorlar, "lpod" konsolu və şampan barı ilə təchiz edilən bu avtomobilin istehsalına hələlik başlanılmayıb, lakin heç bir tərəddüd yoxdur ki, onun qiyməti buludlar üzərində olacaq.
 
  
"Mercedes-Benz S-600 Pullman" - 1 milyon ABŞ dolları
"Mercedes-Benz S-600 Pullman" artıq dünyada müxtəlif avtomobil şoularında nümayiş etdirilib. Onun buraxılışı 2015-ci ilə planlaşdırılır. Bu limuzin "Maybach 62"yə əvəz olaraq hazırlanıb. Əslində, "Maybach" "Mercedes-Benz" şirkətindən törəmə dəbdəbəli limuzinlərin buraxılmasında ixtisaslaşmış şirkətdir. Lakin "Maybach" "Rolls Royce" və "Bentley" ilə rəqabət aparmaq iqtidarında olmadığı üçün fəaliyyətini dayandırıb. Yeni "S-600 Pullman" limuzini 6.4 metr uzunluğunda olacaq. Odlu silahdan açılan silaha davamlı olacaq bu avtomobil həm də kiçik partlayışa tab gətirəcək.
 
 
 "Mini Cooper" - 1.35 milyon ABŞ dolları
Dünyada ən bahalı "Mini Cooper" avtomobili çəhrayi rəngdədir və şəxsi ada sahibdir: "Milion avro Mini". O, "şahzadə" yə ya sadəcə, qazaxıstanlı neft kralı Regine Abdurazakovun qızına məxsusdur. Avtomobil 47 düym diametrli TV ekran, 30 park sensoru və 20 park kamerası ilə təchiz edilib. Avtomobilin kuzovu "Swarovski"dən olan bir milyondan çox kiçik kristalla örtülüb. Hər bir təkər mərkəzdə səkkiz santimetrlik kristala malikdir. Pəncərə plyonkaları təxminən 50 qram xalis qızıldan hazırlanıb. "Mini"nin qiyməti təxminən 1 milyon avro və ya 1.35 milyon ABŞ dollarıdır.
 
 
 "Maybach Landaulet" - 1.4 milyon ABŞ dolları
"Maybach" 2013-cü ildə fəaliyyətini dayandıranadək "Mercedes-Benz" şirkətindən daha dəbdəbəli limuzinlər buraxıb. "Maybach" 1920-ci illərdə lüks avtomobillər sinifinin ən məşhur brendlərindən biri olub. Onlar avtomobilin kapotu altında 612 at gücü yerləşdiriblər. Avtomobil yığılan sərt tavanı ilə tanınır. Salon qızılı xallı ağ dəri və qranit haşiyələrlə işlənib. Bu limuzinlər uzun müddətdir, buraxılmamalarına baxmayaraq, təxminən 1.4 milyon ABŞ dolları dəyərinə sahibdirlər.
 
  
"Midnight Rider" - 2.5 milyon ABŞ dolları
1986-cı ildə istehsal edilən "Midnight Rider" dünyada ən böyük limuzindir. Bu avtomobilə 40-a qədər sərnişin yerləşə bilər. 1800 Vt-lıq akustik sistemlərlə təchiz edilmiş üç ayrı istirahət zonası qonaqların xidmətindədir. Qoşquda dicey və göyərtədəki barmenlərlə birgə gecə klubu var. Təxminən 2.5 milyon dollar qiymətə malik olan "Midnight Rider" dünyada ən ağır limuzin rekordunu saxlayır.
 
 
"Vəhşi" - 3 milyon ABŞ dolları
"Vəhşi" 2009-cu ildə Birləşmiş Ştatlar prezidentini daşımaq üçün sifariş verilib. Hazırda 12 belə "Cadillac" limuzini var və onlardan üçü ABŞ prezidentinin parkına məxsusdur. Onlardan biri prezidenti daşıyan "Cadillac One"dır. Belə "Cadillac"lar, bir qayda olaraq, təxminən 300 min ABŞ dolları dəyərində olur, lakin prezidentin təhlükəsizliyinin təminatı zərurəti bu avtomobilin dəyərini 3 milyon dollardan yuxarı edib.
"Vəhşi" qumbaraatandan açılan atəşə tab gətirməyə kifayət edən zirehlə təchiz edilib. Onun texniki xarakteristikasının digər detalları təhlükəsizlik nöqteyi-nəzərindən gizli saxlanılır. Məlum olan təkcə odur ki, avtomobil yanğın əleyhinə avadanlıq, oksigen balonu və maskaları, gözyaşardıcı qaz və silahlarla təchiz edilib.
 
 
"Rolls Royce Phantom" - 3.8 milyon ABŞ dolları
Bu limuzin Çində təxminən 3.8 milyon ABŞ dolları məbləğində satılıb. "Rolls Royce Phantom" dünyada ən bahalı avtomobillərdən biridir. Limuzin gülləkeçirməz kuzovla təchiz edilib. Burada "Rolls Royce"un bütün dəbdəbəli xüsusiyyətləri ilə birgə həqiqi ofis yerləşir. O, 432 at gücünə sahib 6.8 litrlik V12 mühərrikinə malikdir.
 
 
"American Dream" - 4 milyon ABŞ dolları
"American Dream"in dizayneri Cey Orberqdir. O, 30 metr uzunluğa və 26 təkərə malik olmaqla, dünyada ən uzun limuzin hesab edilir. Onun imkanları barədə uzun siyahıya, həmçinin qızdırıcı sistemli cakuzi, solyari, hovuz, böyük ikinəfərlik yataqlar və vertolyot meydançası daxildir. Təkərlər üzərində hərəkət edən bu "malikanə" təxminən 4 milyon ABŞ dolları dəyərinə malikdir.
 
 
"Limuzin Betmobil" - 4.2 milyon ABŞ dolları
"Betmobil" milyardlarla dollar qazanan "Betmen" filminin həqiqi fanatı üçün ideal avtomobildir. Bu avtomobil 2012-ci ildə 1989-1992-ci illərdə yayımlanan Tim Bertonun "Betmen" film seriyasının motivləri əsasında hazırlanıb. Avtomobil "V8 Corvette" reaktiv mühərriki ilə təchiz edilib. Limuzin Betmenin kinoda istifadə etdiyi bütün qacetlərə malikdir. Burada raketburaxma qurğuları, arxa və ön təkərlərin buraxılması sistemi var. Ümumilikdə, avtomobil gözəl quruluşu, spoylerləri və deflektorları ilə insanı heyrətləndirir.
 
 
"Rolls-Royce Silver Spur" - 14 milyon ABŞ dolları
Bruney sultanı Hassan əl-Bolkiah şəxsi kolleksiyasında olan avtomobillərin sayına görə dünya rekorduna sahibdir.
Mütəxəssislərin qimətləndirməsinə əsasən, onun avtomobil kolleksiyasının ümumi dəyəri 4 milyard ABŞ dollarından çoxdur.
Bundan başqa, o, dünyada ən böyük şəxsi "Rolls Roys" kolleksiyasına sahibdir. Onun ailəsinin 1990-cu illərdə dünyada satılan bütün "Rolls Roys" avtomobillərini əldə etdiyi bildirilir. 24 karatlıq xalis qızıl örtüyə malik "Rolls-Royce Silver Spur" limuzininin alıcısı da elə Bruney sultanı özü olub.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina