Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Üzüm şirəsinin faydaları

Bitki südü hesab edilən üzüm şirəsi qan yaradıcı və antioksidant xüsusiyyətləri ilə yanaşı orqanizmin ürək və damar xəstəliklərindən qorunmasına da yardımçı olur. Ekspertlər üzüm və üzüm şirəsinin qan yaradıcı və antioksidant xassələri ilə yanaşı, vitamin və mineral baxımından olduqca zəngin olduğunu da qeyd edirlər. Təsadüfi deyil ki, üzüm şirəsinin ürək xəstəliklərinə qarşı qalxan təsiri yaratdığı söylənilir. A, B və C vitaminləri, kalium və dəmir baxımından olduqca zəngin olan üzüm şirəsi bədənin xəstəliklərə qarşı müqavimətini artırır.
 
Bu xüsusiyyətləri ilə yanaşı qana oksigen daşıyan hemoqlobin hüceyrələrinin yaranması prosesində lazım olan dəmir və kalium zənginliyinə malik olan üzüm şirəsi ürək sağlamlığını qoruyub saxlayır. Üzüm şirəsi qan durulaşdırıcı xüsusiyyəti ilə də iflic riskini azaltdır.
 
Üzüm şirəsinin faydalarından biri də tərkibindəki təbii şəkərin tez həzm olunaraq orqanizmə enerji verməsidir. Tərkibində olan maddələr sayəsində üzüm qanı sulandırır, yüksək təzyiqə, ürək xəstəliklərinə, varikoz genişlənmələrə qədər bir çox xəstəliyə qarşı qorumanı təmin edir. Xüsusilə qan laxtalanması və damar xəstəlikləri ilə bağlı sıxıntı yaşayan xəstələrə gündə ən azı bir stəkan üzüm şirəsi içmək təklif edilir.
 
Üzüm şirəsinin digər faydaları
 
Fiziki və zehni yorğunluqları aradan qaldırır.
 
Antioksidant xüsusiyyətli olduğu üçün dərinin qocalmasını ləngidir.
 
Qan yaradıcı xüsusiyyətləri ilə yanaşı revmatizm və damar ağrılarına yaxşı gələn üzüm suyu həmçinin qəlb sistemini tənzimləyir.
 
Bədənin bir çox xəstəliyə qarşı daha müqavimətli olmasını təmin edən üzüm suyunun yaddaşı da gücləndirdiyi bildirilib.
 
Bundan başqa, ehtiva etdiyi pəhriz lifləri sayəsində bağırsaqları yumşaldıcı və sidikqovucu  xüsusiyyəti ilə orqanizmi toksinlərdən təmizləyir.
 
Payız, qış aylarında orqanizmin daha çox ehtiyac duyduğu enerjini sadə şəkərləri şəkərləri sayəsində vucudda asanlıqla mənimsənən üzüm şirəsindən ala bilərsiniz.
 
Ürək xəstəlikləri, dəri və saç üçün faydalıdır. Qara üzüm, eləcə qırmızı şərab kimi qanın laxtalanmasını azaldaraq qan dövranının sürətini təmin edir.
 
Üzüm suyu təzə sıxılıb içməlidir. Üzüm şirəsini təzə sıxılmış portağal şirəsi, alma, kivi ilə də qarışdıraraq içə bilərsiniz.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina