Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Nar suyunun FAYDALARI

Yaşla bağlı dəyişiklikləri donduracaq çarəni tapmaq o qədər çətin deyil! Bunun üçün təbiətə yaxın olmaq yetər. Bəzi içkilər uzun müddət gənc qalmağı təmin edir. Cavanlaşmağa daha da çox təsir edən mayelərin sirri tərkibində olan antioksidantların yaşlanmağın qarşısını almasıdır. B, A, C və E kimi vitaminlər,  sink, selen, fosfor və digər minerallar sizi daha gənc və təravətli qalmağınıza şərait yaradır. Bacardığınız qədər təbii meyvə şirələri için. Sağlamlıqla yanaşı bu içkilər insanı eyni zamanda cavan saxlayır, yaşlanmağın qarşısını alır. Bunlardan ən məsləhətlisi isə nar suyudur.
 
Həyat verən sular arasında birinci pillədəd dayanan nar suyu kalsium, maqnezium, dəmir və natrium kimi çox əhəmiyyətli minerallarla zəngindir. Nar suyunun davamlı istifadəsi cavan, gənc qalmağımızı daha da sürətləndirir. Ən azı gündə 1 stkan nar suyu içmək məsləhətdir. Amma qanı az olanlar turş nardan istifadə edə biıməzlər. Şirin nar həm sizi gözəlləşdirib cavan saxlayacaq,  həm də qanınızı artıracaq.
 
Nar şirəsi orqanizmi dəri və prostat xərçəngindən qoruyur, damar tutulması riskini 44 faizə endirir. Hətta nar şirəsini içdikdən 48 saat sonra bu möcüzəli içki orqanizmə təsir göstərir. Nar qanı antioksidantlarla yaşıl çayla müqayisədə 2-3 dəfə çox artırır. Nar diş xəstəliklərini müalicə edir, həmçinin dərini zərərli təsirlərdən qoruyur. 
 
Nar şirəsi immun sistemini gücləndirir, tərkibindəki bəzi maddələr sayəsində xolesterol və şəkəri nizamlayır, ürəyi möhkəmləndirir. 
 
Nar qabığı ishalın və bağırsaq qurdlarının qarşısını alır, qanlı ishal zamanı istifadə edilir. Meyvəsinin qabığından hazırlanan ekstrakt virusları və mikrobları öldürür. Nar C vitamini, həmçinin dəmir və kalium mineralları baxımından da zəngindir.
 
Nar şirəsi хərçəng əleyhinə хassələrə və ürək хəstəliklərinə qarşı faydalı хüsusiyyətlərə də malikdir. 
 
Həmçinin məlum olduğu kimi, nar şirəsi qanazlığı, nar qabığından və nar pərdələrindən hazırlanmış həlim isə - yanıqlar və mədə pozğunluqları zamanı faydalıdır.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina