Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“Kola”dan istifadənin 18 üsulu

Coca-cola planetdə hamıya tanış olan brenddir. Bu içkisiz heç bir tədbir, uşaq bayramları, ailə şənliyi keçirilmir və onu istənilən mağazada tapmaq olar. Colanı olduğu kimi, buz və ya limon əlavə edərək içirlər, ondan müxtəlif kokteyllər üçün istifadə edirlər, ondan hətta meyvəli buz da hazırlayırlar.
 
Amma bu içkinin çatışmazlıqları da hamıya tanışdır: yüksək şəkər tərkibi, süni tərkib hissələri, ciddi nəticələrlə bitən maddələr mübadiləsinin pozulması. Amma yenə də hamı colanı məmuniyyətlə içir. Bəlkə aşağıda təqdim edilən siyahı bir çoxlarını düşünməyə vadar edər.
 
Beləliklə cola-nın istifadəsinin adət etmədiyimiz 18 üsulu:
 
Coca-cola ayaqyolunu təmizləmək üçün vasitə kimi  
Colanın köməyi ilə ayaqyolunu təmizləmək üçün onu sadəcə unitaza töküb gözləmək lazımdır. Kimyəvi maddələr keramikadan başqa hər şeyi parçalayır. Bir saat sonra fırça ilə yüngülcə sürtün və su ilə yuyun, vəssalam!
 
Cola ləkəçıxarıcı kimi
Niyə görə cola olduğu halda bahalı ləkəçıxarıcılar alırsız? Paltar yuyan zaman sadəcə bir qədər cola əlavə edin və geyimləriniz mükəmməl təmiz olacaq. Eləcə də fosfor turşusu və tərkibinə daxil olan digər kimyəvi maddələrin sayəsində  içki fərahlandırıcı effektinə də malikdir.
 
Cola – şüşə təmizləyicisi kimi
Tərkibində olan limon turşusuna görə colanı şüşə təmizləyicisi kimi istifadə etmək olar. Pəncərələr və şüşə səthlər parıldayacaq. Bu gündən etibarən restoranda buzlu şüşətəmizləyicisi sifariş vermək asan olmayacaq.
 
Cola həşəratlarla mübarizə vasitəsi kimi
Bizim kimi həşəratlar da bu qırmızı köpüklü içkini sevirlər. Sadəcə bizdən fərqli olaraq onlar bu içkinin dadına baxan kimi ölürlər. Məsələn, əgər colanı qarışqa yuvasının üzərinə töksək, o dəqiqə bütün qarışqa ailəsini məhv edərik.
 
Coca-cola saçlar üçün 
Saç ustanız saçınızı istədiyiniz rəngə boyamayıb? Problem deyil cola saçlarınızın rəngini açacaq, sadəcə miqdarı düzgün seçmək lazımdır. Beləcə yalnız pula deyil eləcə də zamana qənaət etmiş olarsız.
 
Coca-cola – həlledici
Saçınıza saqqız yapışıb? Preoblem deyil, cola onu asanlıqla əridəcək. Sadəcə colanı saçlarının üstünə tök və saqqızı çıxar.
 
Ağrıkəsici vasitə
Arı və ya meduza sancsa colanın tərkibində olan kimyəvi maddələr bir neçə dəqiqə ərzində ağrını dəf edəcək.
 
Qab yumaq üçün vasitə
Tava və qazanlarda qalan qida qalıqlarını colanın köməyi ilə təmizləmək daha yaxşı olradı. Nəticə əladır, kimyəvi maddələr hər şeyi parçalayaraq təmizləyir.
 
Pas əleyhinə vasitə 
Coca-colanı istənilən səthdən asanlıqla təmizləmək olar.
 
Pestisid
Hindistanda coca-colanı çox uğurla pestisid kimi istifadə edirlər bu kimyəvi maddələrdən ucuz başa gəlir. 
 
Buzəritmə vasitəsi
Qışda cola çox tez bir zamanda avtomobilin şüşəsinin buzunu əridə bilər. Sadəcə şüşənin üzərinə tökmək yetərlidir.
 
Gübrə 
Cola bostanda da faydalı ola bilər. Sadəcə komposta əlavə edin. Bu mikroorqanizmlərin artmasına gətirib çıxaracaq, onlar isə torpağın məhsuldarlığı üçün çox vacibdirlər. 
 
Staylinq üçün vasitə
Qazı çıxarılmış colanın yardımı ilə buruqlar düzəltmək olar: saçlarını islat, bir neçə dəqiqə saxla, sonra su ilə yu ki, yapışqan görünməsin.
 
Dəriyə qulluq vasitəsi
Colanı nəmləndirici kremə əlavə et – dəri yumşaq və parlaq olacaq.
 
Mebel üçün təmizləyici
Əgər uşaqlar mebelin üzərini yazıblarsa əskini colada islat və səthi sil. Sonra isə sabunlu su ilə yu ki, mebel yapışqan olmasın.
 
Yağ ləkələrini təmizləmək üçün vasitə 
Dağılan yağ çox zaman problem yaradır. Əgər bu baş veribsə colada isladılmış süngərin köməyi ilə yağ ləkəsini silin, ləkə hansı səthdə olmasından asılı olmayaraq təmizlənəcək.
 
Qan ləkələrinin təmizlənməsi üçün vasitə
Colanın yardımı ilə qan ləkələrini geyimlərdən deyil eləcə də cinayət yerindən təmizləmək olar. Ondan polislər qətl yerində səliqə yaratmaq üçün istifadə edirlər.
 
Coca-cola incəsənətin keşiyində
Vintajı bəyənirsizsə, aşağıdakı üsuldan istifadə edə bilərsən: fotonu cola ilə islat sonra tez sil. Qəhvəyi rəng fotonu “qədimləşdirəcək”.
 
Sadəcə təəccüblüdür ki, colanın yardımı ilə nə qədər şey etmək olar. Bir yığın təmizləyici vasitə almaqdansa bu köpüklü vasitədən istifadə etmək olar. Amma indi tamamən aydındır ki: bunu içmək lazım deyil.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina