Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Sızanaqlar hansı xəstəliklərin əlamətidir?

Bizim dərimiz orqanizmin işində hər cür dəyişikliyə həssaslıqla yanaşır. Və alında, burnunda yaranan civzələr, sızanaqlar daxilimizdə gedən müəyyən problemlər haqqında xəbər verir. Gigiyenik qaydaların pozulması, daxili orqanların işindəki səhvlər və ya dəriyə düzgün qulluğun edilməməsi bu qəbildəndir. Üzdəki civzələrin yerinə əsasən, orqanizmdə hansı problemlər olduğunu  müəyyənləşdirmək olar.
 
Əgər bu mesaj düzgün şərh edilərsə, bu problemləri həll etmək daha asan olar. Əlbəttə, bu metod söhbət məsələn, yeniyetməlik dövründə hormonal pozğunluqlardan və ya ciddi dermatoloji xəstəliklərdən gedirsə tətbiq edilə bilər. İstənilən halda, sızanağı müalicə etmək alınmırsa mütəxəssisə müraciət etmək lazımdır.
 
1. Ağız ətrafında, burnun kənarlarında civzələr varsa, bu bağırsağın həzm sisteminin şlaklarla dolu olmasına işarədir. Bu problemin öhdəsindən gəlmək üçün öz menyunuza yenidən nəzər salın. Şirin qazlı sudan, pirojnalardan, fast-fud qidalardan imtina edin. Tərkibində sellüloza  olan (yulaf lopası və ya kəpək rasionu daxil etmək olar) qidalara üstünlük verin. Yaxşı olardı ki, üç gün bu qidalarla pəhriz saxlayasınız. Yeri gəlmişkən, bəzən yağlı qida qalıqları mexaniki olataq ağız ətrafını bloklaya bilər. Ona görə  yeməkdən sonra dəsmal və ya nəm salfetka ilə dodaqlarınızı silməyi unutmayın.
 
2. Burunda, alnında və ya T zonasındakı civzələr stressin nişanəsidir. Əsəbi olanda orqanizm fəal olaraq adrenalin hormonu istehsal edir ki, o da öz növbəsində sebumanı  stimullaşdırır, Bunun öhdəsindən necə gəlmək olar? Birincisi, hər boş şeyə görə narahat olmayın. Gecələr  sakitləşdirici məsələn, minaçiçəyi, göyərçinotu və ya bitki mənşəli sakitləşdirici  çay için. İkincisi, yağlı dəri üçün lasyondan və ya tonikdən istifadə edin. Kosmetik vasitə piy vəzilərinin işini tənzimləyir.
 
3. Çənədəki, boyunun və çənənin aşağı hissəsindəki sızanaq və civzələr hormonal pozuntular barədə xəbər verir. Əgər belə "siqnallar" ayıbaşının ilk günündə peyda olursa, qorxulu heç nə yoxdur. Onu toniklə qurutmağınız kifayətdir. Amma əgər onlar uzun müddət keçmirsə,  ginekoloqa və ya endokrinoloqa müraciət etmək lazımdır. Bu, həm də sidik-cinsiyyət sistemində xəstəliklərin izi ola bilər.
 
4. Saç xətti üzrə yaranan sızanaqlar düzgün seçilməmiş vasitədən istifadə etdiyinizi göstərir. Dəriyə düşən mumlar, pomada, gel məsamələri tıxayır. Bu halda həmin vasitədən imtina edin və ya çalışın ki, onlar alnına düşmədilər. Saç düzümünü etdikdən sonra alnınızı təmizləyin.
 
5. Gözaltı səpkilər yorğunluğun və ya  böyrəklərin işində pozuntuların əlamətidir. Səbəb nə olur olsun yaxşı istirahət edin, mərsin çayı için.
 
6. Çin təbibləri iddi edirlər ki, yanaqlardakı sızanaq, civzə və  akne ağciyərdə  oksigen çatışmazlığına işarədir.  Siqaretdən imtina, təmiz havada çox gəzmək və istirahət günləri şəhər kənarına getmək əla olardı. Bundan başqa, yanaqlardakı problemlərə smartfonla təmas da səbəb ola bilər. Telefonun ekranını təmiz salfetka ilə tez-tez silin.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina