Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Dünyada qadağan edilən 17 qida

XXI əsr insanının ən böyük problemlərindən biri qida ilə bağlıdır. Təbiətin şıltaqlıqları, insanların ağılalmaz kəşfləri günü-gündən qida rasionumuza təsir edir. Üstəlik hər ölkənin yemək bişirməklə bağlı öz vərdişləri və hər mədəniyyətin fərqli bir damaq zövqü var.
Bəs nə üçün bəzi yeməklər qadağan olunub?
 
Əslində dünyada qadağan olunan yemək eyni səhiyyə narahatlığını daşımasa da bəzi yeməkləri qanunsuz edən səbəblər nəsli tükənməkdə olan heyvanlardan çıxarılan orqanlar, bişirmə texnologiyası və ya ölkənin tarixi prinsiplərindən irəli gəlir.
 
Amerikada marketlərdə satılan işlənmiş və qablaşdırılmış yeməklərin təxminən 80 faizi digər ölkələrdə qadağandır.
 
Dünyada qadağan olunan 17 yemək növünü təqdim edirik:
 
1. Ortolan:
Min illərdir ki, sərçə böyüklüyündə olan bu quş fransızların xüsusi ləzzət olması üçün işgəncə görüb. Bu yazıq quş gün işığından qorunması və qaranlığın onun ətini dadlandırması üçün bişirilməzdən əvvəl ya qaranlıq otaqda saxlanılır, ya da gözləri ovulur.
 
Ortolan quşu normal ağırlığından 4 dəfə böyüyənə qədər yemləndirlir. İdeal kiloya çatdığında isə onu boğur və qızardırlar. Artıq ortolanların nəsli tükənməkdə olduğundan Fransa hökuməti ona qadağa qoyub.
 
2. Qaz ciyəri:
Qaz ciyəri də fransızların məşhur ləzzətli yeməklərindən biridir və yeməyin əsl adı "Yağlı ciyər"dir. 
 
Ördək və ya qaz ciyərindən hazırlanır. Quşların ciyərləri normaldan 10 qat daha böyük olana qədər müxtəlif tətbiqlərdən keçirilir. 
 
Sonrasında ciyərlər xüsusi dadını alması üçün bal və süd içərisində saxlanılır. Ciyər bu quşlar kəsilmədən, xüsusi üsulla ağızlarından çıxardılır və daha sonra yemək hazırlanır.
 
Heyvanların məruz qaldığı bu vəhşilik səbəbiylə Amerikanın bəzi ştatları da daxil olmaqla 14 ölkədə qaz ciyəri yemək qadağan edilib.
 
3. Fuqu balığı:
Fuqu - dünyanın ən zəhərli onurğasız heyvanıdır. Əti Yaponiya və Koreyada ən ləzzətli olaraq qəbul edilir, ancaq doğru bişirilməzsə, nəticə ölüm ola bilər. Fuquda tetrodotoxin deyilən təhlükəli miqdarda zəhərli maddə var.
 
Doğru hazırlanmadığında toksin balığın ətinə hopur və onu yeyən adamın əzələləri iflic olur, boğularaq ölür. İndiyədək dərmanı tapılmayıb. 
 
Ölmək üçün bir neçə milliqram ət yemək belə kifayətdir. Avropada yasaqdır.
 
4. Casu Marzuk:
Fransızların çox sevdiyi bu pis qoxulu çürük pendir  Sardiniya adasının ənənəvi bir ləzzətidir. Çox vaxt Casu Marzunun içində hələ qurd sürfələri onu təhlükəli edir. 
 
Mədədəki mədə turşusu sürfələri öldürmek qabiliyyətinə malik olmadığından və bu da onların bağırsaqlara, digər orqanlara keçməsinə səbəb ola bilər. 
 
Buna görə çürük pendir Amerika və Avropada qadağandır.
 
5. Absinthe:
Müxtəlif bitkilərin yarpaqlarından əldə edilən absinthe ən yüksək spirt nisbətinə sahib bir içkidir. Absinthenin yaradıcılığı artırdığına inanılır, eyni zamanda halisünasyalara və aqressiv davranışlara səbəb olar. 
 
Mənbəyi olduğu düşünülən Fransada 100 ildən uzun müddətdir yasaqdır, amma 2011-ci ildə keçirilən səsvermə nəticəsində yenidən marketlərdəki yerini alıb. 
 
Absinthe ABŞ, Yeni Zellandiya və Avstraliyada qəti olaraq qadağan və qanun xaricindədir.
 
6. Arsenikli toyuq:
Arsen - hər kəsin bildiyi bir zəhər növüdür. Yaxşı onu niyə yeməklərimizi içinə qoyuruq? 
 
Çünki fabrik toyuqlarının, digər ət məhsullarının daha çəhrayı görünməsi və daha uzun müddət təzə qalması üçün. 
 
Arsen maddəsi xərçəngə gətirib çıxarır, bu səbəblə arsenikli toyuqlar Avropada qadağandır.
 
7. Raktopamin qatqılı ət:
Raktopamin - heyvanlardakı əzələ kütləsini artırmaq üçün istifadə edilən sintetik bir qatqı maddəsidir. 
 
Raktopamin maddəsi obeziteye, ürək problemlərinə, İnsomniya, baş ağrısı və spazmlara səbəb ola bilər. 
 
Avropa, Rusiya, Çin daxil 160 ölkədə qadağan edilib.
 
8. Ferma somonu:
Hər kəs qızılbalıqlar nəslinə aid olan somonun sağlam bir yemək olduğunu düşünə bilər. Əslində təbii mühitdən gələnlər üçün belə düşünmək doğrudur. 
 
Ancaq fermada yetişdirilmiş bu balıqlar antibiotik və digər dərmanlar verilərək yetişdirildiyindən heç də təbii hesab olunmurlar. 
 
Bu balıqdan yeməyi Avstraliya və Yeni Zelandiya hökumətləri qadağan edib.
 
9. İdmançı içkiləri və limon ətirli sodalar:
Bromlu tərəvəz yağı - alovlanma verən patentli, sintetik bir kimyəvi maddədir. Eyni zamanda Amerikadakı limon ətirli sodalar və idmançı içkilərində olan bir maddədir. 
 
Avropa daxil 100-dən çox ölkədə tiroid problemlərinə yol açması, cinsi üzvlərin böyümə prosesinə təsir etməsi və şizofreniyaya aparması səbəbiylə yasaqlıdır.
 
10. Kalium tərkibli çörək:
Çörək istehsalı ilə məşğul olan iş adamları xəmirin daha elastik olması və tez bişməsini təmin etmək üçün kaliumdan istifadə edirlər. 
 
Bu çörəkdən istifadə isə böyrək çatmazlığı, sinir sistemində funksiya pozuqluqları, tiroid problemləri, həzm problemləri və xərçəngə səbəb olur, bu səbəbdən də Çin, Avropa, Kanada və Braziliyada qadağan olunub.
 
11. Çəhrayı ət əzməsi:
Adı da dadı qədər iyrənc gəlir. Çəhrayı ət əzməsi (pink slim) müxtəlif ət artıqlarından istehsal olunur və bir zamanlar it yalı olaraq istifadə edilən qida növüdür. 
 
Rəngi daha da çəhrayı görünsün deyə ətin tərkibində amonyak çoxluq təşkil edir. Çəhrayı ət əzməsi Amerikadakı sosiskalı və burqerlərdəki ətin ana maddələrindən biridir. 
 
Avropada isə bu yeməklər qadağa qoyublar.
 
12. Olestra:
Olestra ya da OLEAN - kartof cipsi və kartof qızartması kimi qəlyanaltılarda istifadə edilən sintetik kalori və xolesterol qaynağlı bir yağdır. 
 
Procter & Gamble tərəfindən yaradılıb təqdim edilən bu məhsul, İngiltərə və Kanadada ishal, bağırsaqla əlaqədar problemlərə yol açıb bədəndəki vitamin və minarələri atdığı üçün qadağan edilib.
 
13. Samosa bükməsi:
Afrika və Hindistan guşələrindən gələn bu ənənəvi samosalar içinə tərəvəz və ya ət doldurulan ədviyyatlı üçbucaq şəklindəki qızardılmış xəmirdən meydana gəlir. 
 
Somalidə qadağandır. Çünki Müqəddəs Üçlüyü işarələyən üçbucaq şəkli səbəbiylə Somalinin İslami qrupu al-Shabab tərəfindən "xristianlığın yayılması" və "təhqir edici" hesab olunur.
 
14. Sterilizə olunmayan süd:
Avropada daha çox xam südün daha bəsləyici və ləzzətli olduğunu düşünürlər. 
 
Ancaq Amerikanın 22 ştatında listeriosis, salmonella, e-coli və Campylobacter bakteriyalarının və mikrob daşıyan təhlükənin olması səbəbilə sterilizə olunmayan süd içmək qadağandır. 
 
Qanun yalnız sterilizə olmayan südü deyil, sterilizə olmayan bütün gündəlik məmulatları da qadağan edir.
 
15. Kinder sürpriz yumurta:
Hər kəs uşaqlarına Kinder sürpriz yumurtadan alıb. Ancaq ABŞ-da bunu artıq edə bilməzsiniz. 
 
Üstəlik qadağana səbəbi şokoladın içindəki uşaqların uda biləcəyi kiçik oyuncaqlar deyil. 
 
Qadağanın tək səbəbi şokoladən tərkibi ilə bağlıdır.
 
16. Sakatat səbzəsi:
Hansı şoylanddan soruşsanız viskinin və sakatat səbzəsinin ölkələrinin simvolları olduğunu söyləyəcək. Yaxşı sakatat səbzəsi nədir? 
 
Ləzzətli bir şeydir. Qoyun ciyəri və digər orqanlarının qarışığından hazırlanır və heyvanın mədəsinin içində bişirilir. 
 
Qadağan edilməsinin səbəbi isə ABŞ-da qoyun ciyəri ticarətinə qarşı olan bir qanundur.
 
17. Sasafras:
Şimali Amerikada yetişən bu kiçik ağacın yarpaqları bir çox yeməkdə ədviyyat olaraq istifadə edilər. Bunda bir təhlükə yoxdur. 
 
Ancaq bu ağacın köklərindən əldə edilən yağ Amerikada pivə və bəzi içkiləri şirinləşdirmək üçün istifadə edilib. 
 
Lakin 1960-cı illərdə  yağın tərkibindəki bir maddənin ağciyər xərçənginə səbəb ola biləcəyi maddələrin tapılması bu yağın istifadəsinə qadağa ilə nəticələnib.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina