Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Dünyanın 7 möcüzəsindən biri

Çin səddi dünyanın 7 möcüzəsindən biri hesab olunur. Bəs hər il minlərlə turistin baş çəkdiyi bu məkanın hekayəsini bilirsinizmi?  Çinin şimal-qərbi boyunca uzanan Çin Səddi, dünyanın ən uzun müdafiə divarı hesab olunur. 1986-ci ildə YUNESKO-nun Dünya Mirasları siyahısına əlavə olunan Çin Səddinin ümumi uzunluğu Çin Xalq Respublikası Dövlət Mədəni miraslar İdarəsinin 18 Aprel 2009-ci il tarixli hesabatına görə 8.851,8 kilometrdir. Çin Səddinin təməli bəyliklərin müharibəsi dönəmində (e.ə 403- e.ə 221) 20-dən çox krallıq tərəfindən atılıb. Çinin ilk İmperatoru Qin Shi Huang,sərhədləri başdan ayağa müdafiə divarları ilə əhatə eləməyə qərara alıb. Onun bu qərarını isə tarixçilər müxtəlif aspektlərdən qiymətləndirirlər. Bunlardan bəziləri belədir: “Ölkənin sərhədlərini şimaldan Çinə qarşı monqol və türk tayfalarının hücumuna qarşı müdafiə etmək, uzun döyüşlər sonunda məğlub etdiyi bəyliklərin əsir düşən rəhbərlərini sürgün və ağır işlə cəzalandırmaq, ölkədən qaçışların qarşısını almaq, ölkənin tək idarəçiliyinin olduğunu xalqa və düşmənlərə göstərmək.

 
Qin Shi Huang e.ə. 221-ci ildə əvvəlki krallıqların inşa etdirdiyi divarları birləşdirərək Çin Səddinin uzunluğunu artırıb. E.Ə 3-cü əsrdən 17-ci əsrə qədər çinlilər səddi uzatmağa davam ediblər. Səddin dağılmış olan hissələri ilə birlikdə uzunluğu 6000 kilometrdir. Bu gün dağılmayan hissə Min Xanədanı dövründən qalan 2.500 kilometrlik hissədir. Ancaq əsl tikinti e.ə 221-608-ci illərdə inşa edilib. Səddin qalınlığı və yüksəkliyi bəzən yerdən asılı olaraq dəyişir. Səddin çox hissəsi daşlardan tikilməyib. Bəzi yerləri çox zəif, qüvvətsiz maddələrdən inşa edilib. Bu divarlar isə olduqca qısadır. Zəif divarların tikilməsinin səbəbi düşməni ləngitmək məqsədi daşıyıb. Ümumiyyətlə divarın yüksəkliyi 4-6 metr, tavan qalınlığı 7 metr və üst qalınlığı isə 6 metr civarındadır. Qalın olan yerlərin üzərində atlar və avtomobillər gedə bilir. Qalın divarlar boyunca sipərlik və oxatan dəlikləri var. Səddin üzərində 200 metrdən bir müşahidə qülləsi və ya qala, 9 kilometrdən bir isə fənər qülləsi var. Divar üzərində bəzən saray və məbədlərə da rast gəlinir. Tarixi miras 2007-ci ildən etibarən Dünyanın 7 möcüzəsindən biri hesab olunur.
 
Aysel İsgəndərli
 
 
 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina