Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Qoz yağının FAYDALARI

Omeqa-3 yağı ilə  zəngin olan qoz meyvəsindən əldə edilən yağ bir çox xəstəliklərin müalicəsi zamanı istifadə edilir. Qoz yağı sağlam qidalanmaq və dəri gözəlliyini qorumaq istəyənlərin mətbəxlərində mütləq olmalıdır.

Qoz yağının dəri sağlamlığından saçın gözəlliyinə, ürək xəstəliklərindən beyin funksiyalarının inkişafına qədər bir çox təsiri var.  Qoz yağından necə istifadə etməli olduğunuzu öyrənərək bir çox xəstəlikdən qoruna bilərsiniz.

Qoz yağının faydaları :

Qoz yağında B1, B2, B3, E vitaminləri ilə fosfor, maqnezum, sink, dəmir və kalsium kimi faydalı vitamin və minerallar var. Qoz yağını yeməklərdə istifadə etmək mümkündür. Ancaq dadı acı olduğu üçün yeməklərin dadını dəyişə bilər. Ona görə də bir çox insan sadəcə salatlarda qoz yağından istifadə edirlər.

Bu faydalı yağ ürək xəstəliklərindən qoruyur, rəyin fəaliyyətini yaxşılaşdırır.

Bədəndə hormon səviyyəsini nizamlayır. Bu isə demək olar ki, bir çox xəstəlikdən qorunacağınız mənasını verir. Çünki xəstəliklərin çoxu hormonların səviyyəsinin həddindən az və ya çox olmasından qaynaqlanır.

Qan dövranını yaxşılaşdıraraq yüksək təzyiq və damar problemlərindən qoruyur. Bu xəstəliklərin mmüalicəsi zamanı köməkçi vasitə kimi qəbul edilir.

Göbələk xəstəliklərinin müalicəsi zamanı da effektlidir. Bunun üçün 1 ədəd soğanı rəndələyərək qoz yağı ilə qarışdırmaq lazımdır. Daha sonra bu qarışımı problemli bölgəyə sürtmək olar.

Beyin funksiyalarının inkişafı üçün də qoz yağı əvəzedilməzdir. Düşünmə, öyrənmə və yaddaş funksiyalarının güclənməsi üçün xüsusilə uaşqların və yaşlıların yeməklərinə qoz yağı əlavə etmək məsləhətdir. Qoz yağından həftədə 3 dəfə 1 çay qaşığı istifadə etmək kifayətdir.

Qeyd edək ki, qoz yağı sağlamlıqla yanaşı gözəlliyimizin də qayğısına qalır. Belə ki, bu möcüzəvi yağ qırışıqlıqları yox edir. Həftədə 2-3 dəfə qırışların olduğu bölgəyə qoz yağı çəkərək masaj etmək lazımdır.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina