Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Xəstəliklərin su ilə müalicəsi - YAPON MÖCÜZƏSİ

Xəstəliklərin su ilə müalicəsi bu gün Yaponiyada ən populyar və geniş yayılmış müalicə vasitəsi sayılır. Yaponlara görə su ilə bir çox xəstəliklərin yüz faiz müalicəsi mümkündür. Bu xəstəliklərin siyahısına baş ağrıları, piylənmə, ürək problemləri, astma, bronxit, qastrit, burun, boğaz, qulaq və gözlə bağlı müxtəlif xəstəliklər daxildir.
 
Modern.az-ın məlumatına görə, yapon möcüzəsi olan su ilə müalicə zamanı 30 gün ərzində şəkərli diabet və yüksək qan təzyiqi kimi xəstəliklərdən əziyyət çəkənlər öz səhhətlərində kifayət qədər nəzərəçarpacaq müsbət dəyişikliklərə nail olurlar.
 
Su ilə müalicə necə aparılır? İlk növbədə qeyd etmək lazımdır ki, bu üsul elə də mürəkkəb və çətin deyil.
 
Səhər oyanan kimi dişləri təmizləməmişdən əvvəl 4 stəkan su içmək lazımdır. Su qəbulundan sonra dişlərinizi təmizləyə bilərsiniz. Bundan sonra 45 dəqiqə gözləyib səhər yeməyini yeyin. 
 
Gün ərzində 3 dəfə qidalandıqdan 15 dəqiqə sonra 1 stəkan su içilməlidir və suyun qəbulundan sonra 2 saat heç bir qida və maye qəbul etmək olmaz.
 
Əgər səhərlər 4 stəkan su içmək çətinlik yaradırsa orqanizmi su qəbuluna tədricən öyrətmək lazımdır.
 
Su ilə müalicə zamanı sidiyə çıxmaların sayı çoxalacaq. Bu müalicənin müsbət nəticəsi deməkdir. Orqanizmdə olan zərəli maddələr məhz sidik vasitəsi ilə xaric olunacaq.
 
Su ilə müalicənin bu dərəcədə effektli olmasında çox sadə və adi bir məntiq var. Xəstəliklərin yaranmasının başlıca səbəblərindən biri qida və hava vasitəsi ilə orqanizmə daxil olan zərərli maddələrdir. Ekoloji natəmizlik xəstəliklərin yaranmasına səbəb olur. Su isə orqanizmi ona lazım olmayan bu maddələrdən təmizləyir.
 
Su ilə müalicə zamanı çox qısa bir müddət ərzində siz orqanizminizdə, əhvalınızda baş verən müsbət dəyişikliklərin şahidi olacaqsınız. Yapon möcüzəsinin nəyə qadir olduğunu da elə xoş əhvalla duyacaqsınız.
 
Bu üsuldan istifadə etmək qərarına gəlsəniz həkimlə məsləhətləşməyi yaddan çıxarmayın.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina