Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Diş məcunu nələrə qadirmiş

Hər kəsin hər gün istifadə etdiyi məhsullardan biri olan diş məcunu sadəcə dişləri təmizləmir. Həmçinin baxın görün hansı işlərə yarayır:

Divardakı kiçik deşikləri tuta bilərsiniz.

Sırğaları parıldadır:

Ləkələnmiş metallara və solmuş daşlara incə bir təbəqə halında diş məcunu çəkin. Sonra yumuşaq parçayla parıldayana kimi sürtün. Bol su ilə yaxalayın və qurudun. Ləkələr getməsə, diş məcununu qalın təbəqədə çəkin və 1 saat saxlayın. Sırğalar çox gözəl parlayacaq. Lakin mirvari, firuzə, fiyanit daşları sürtməyin. Çünki cızıla bilər.

Xalçadakı ləkələri aparır:

Xalça ləkələrinə diş məcunu tökün və yuyun. Sonra yaş dəsmalla silin. Xalçanın rəng verməyəcəyinə əmin olmaq üçün öncə kiçik bir hissəsində təcrübəni keçirin.

Dırnaqları parıldadır:

Dırnaqlarınızı diş məcunu ilə yüngülcə təmizləyin. Sarı ləkələrin yox olduğunu görəcəksiniz.

Ketlərin rezin hissəsini təmizləyir:

Geydiyiniz ketlərin kənarlarını təmizləyə bilmirsinizsə, diş məcunu köməyinizə çatacaq. Eyni əməliyyatı ağ üzlüklü (dəri) mebeldə sınaqdan keçirə bilərsiniz. Əvvəlcə kiçik bir hissədə sınaqdan keçirməyi unutmayın!

Mebellərdə su ləkələrini çıxarır:

Qoruyucu istifadə etmədiyiniz mebellərdə su ləkələrini bir az diş məcunu və nəm parça ilə silin. Çox basmadan yüngül hərəkətlərlə silərkən ləkələrin yox olmasının şahidi olacaqsınız.

Çirkli şüşə qabları təmizləyir:

Yenidən istifadə etmək istədiyiniz güldan, akvarium və digər içi çirkli şüşələri diş məcunu istifadə edərək yuya bilərsiniz.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina