Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Beyni 11 il cavanlaşdırmağın yolu

ABŞ-ın Çikaqo Universitetindən olan alimlər ispanağın faydalarını araşdırmaq üçün 81 yaşındakı 950 nəfərin zehninə və qidalanma vərdişlərinə baxıblar.
 
İspanaq kimi göyərtiləri gündə 1-2 boşqab istehlak edənlərin beyninin, bunları daha az yeyənlər ya da heç yemiyənlər ilə müqayisədə orta hesabla 11 il daha gənc olduğu müəyyən olunub.
 
Elm adamları bu müsbət təsiri yaşıl yarpaqlı tərəvəzlərin K vitamini, beta-karoten, fol turşusu kimi antioksidantlar baxımından zəngin olmasının yaratdığını bildirirlər. Alimlər unutqanlıq (Alzeymer) xəstəliyindən qorunmaq üçün yaşıl yarpaqlı tərəvəzlərin istehlak edilməsini tövsiyə edirlər. 

Bundan əvvəl İsveçdə aparılan bir araşdırma göyərtilərin əzələləri gücləndirdiyini ortaya qoymuşdu.
 
Araşdırmanın nəticələri, ABŞ-da keçirilən Eksperimental Biologiya Konfransında təqdim olunub.

İSPANAĞIN VİTAMİNİ SON 30 İLDƏ 70 FAİZ AZALIB

Həkimlər, 30 il əvvəlki ispanaqla bugünkü ispanaqları müqayisədə tərkibindəki vitamin və mineralların 70 faiz azaldığına diqqət çəkirlər.   Hava, su və digər ətraf mühitin çirkləndirilməsinə səbəb olan amillər nəticəsində torpağın məhsuldarlığının azalması, həm bu məqsədlə, həm də məhsulların uzun müddət saxlanması üçün istifadə edilən kimyəvi maddələr, onların qatqı maddələri ilə saxlanılması və daşınması vitamin və meneralların azalmasına səbəb olur. Bu səbəbdən də təbii üsullarla (orqanik) yetişdirilən göyərtilərin istehlak edilməsi tövsiyə olunur.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina