Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Donuz ətinin zərərləri

Donuz əti dində haram sayılır. Bu barədə həm “Quran”, həm “İncil” vasitəsi ilə insanlar xəbərdar edilib. Öz nəcisini yeməsi bu heyvanın ətinin infeksiya yaymasına səbəb olur. Ümumiyyətlə, donuzun əti bir çox xüsusiyyətinə görə zərərli hesab edilir.

 
Publika.az bu ətin zərərləri və acı nəticələri barədə yazıb:
 
Az bişmiş donuz əti bağırsaqlarda donuz qurdları, parazit  və bakteriyaların  inkişaf edərək  çoxalmasına gətirib çıxarır. Bu isə insanda ağrı, ishal, hərarət, əzələ zəifliyi, halsızlıq və mədə pozğunluğu kimi əlamətlərlə özünü göstərir.
 
İnfarkt riski
 
Donuzda olan doymuş yağlar ürək xəstəliyi üçün ən mühüm risk amillərindən biridir. Doymuş yağlar "pis" xolesterin olan LDL xolesterin səviyyələrini artırıb ürək xəstəliyinə yaxalanma ehtimalını artırır. Doymuş yağlar, piylənməyə səbəb olduğu kimi, həm də ürək və digər orqanlara mənfi təsir göstərir.
 
Sidik kisəsinin xərçəngi
 
Texas Universitetinin alimlərinin apardığı araşdırmaya görə, yaxşı bişmiş yaxud yanan ət sidik kisəsinin xərçənginə yaxalanma ehtimalını artırır! Yüksək temperaturda bişirilmiş donuz xərçəngə səbəb olur. Məlum olub ki, donuz əti yeyənlər dana əti yeyənlərə nisbətən sidik kisəsinin xərçənginə daha çox yaxalanır.
 
Böyümə hormonları
 
Donuz ətinin tərkibində böyümə hormonu da çoxdur. Ona görə də bu ətdən çox istifadə etmək ona gətirib çıxaracaq ki, böyümə hormonu orqanizmdə toxuma şişlər və iltihablar yaradır. Bu hormon burun, çənə, əl və ayaq sümüklərinin anormal şəkildə böyüməsinə və orqanizmin piylənməsinə səbəb olur.
 
Donuz ətinin tərkibində olan histamin və imidazol adlı maddələr isə dəridə qaşınma yaradır. Nəticədə ekzema, dermatit, neyrodermatit kimi iltihabi dəri xəstəliklərinə zəmin yaradır.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina