Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

TƏBRİZ İMAN

Çocuqkən vurğununam,

Eşqim, həvəsim Darvaz.

Dincəlləm, yorğununam,

Altun qəfəsim Darvaz.

 

Sən buludsan, mən yerəm,

Səndəndir dağım, dərəm.

Sənsiz dözə bilmərəm,

Canım, nəfəsim Darvaz.

 

Yenə gün axşam olur,

Qəlbim yanan şam olur.

Qonağım ilham olur,

Yox qeyri kəsim, Darvaz.

 

Ahım xəyal köçümdə,

Bir boyda, bir biçimdə.

Yuva qurub içimdə,

Qəm əsim-əsim, Darvaz.

 

Sığal çək mən yetimə,

Acıma, zillətimə.

Həsrətəm, həsrətimə

Çatmayır səsim, Darvaz.

 

Təbrizəm, nə kar edim,

Quru çörək-su yedim.

Haram var, hara gedim,

Hara tələsim, Darvaz.

 

21.02.2011

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina