Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Bir Ziya var, ziyasına vuruldum

 

Elbəyi CƏLALOĞLU

  

Darvazlı Ziya Abbasova 

 

 

İşıq yağır, nur tökülür üzündən,

Sevgi qopur addımından, izindən, 

Çarəsizlər yayınmadı gözündən, 

El sığındı sayəsinə, vuruldum, 

Bir Ziya var – ziyasına vuruldum. 

 

 

Şan-şöhrətdə, səxavətdə tək indi, 

Etdiyini təsbehə düz, çək indi. 

Qeyrət tumu, ar toxumu əkəndi, 

İsmətinə, həyasına vuruldum, 

Bir Ziya var – ziyasına vuruldum. 

 

 

Sözü bütöv, kəlməsi düz, rəvandı, 

Qurd baxışlı, şir cüssəli cavandı. 

Hər addımda “vətən” dedi, yurd andı, 

Qartal oldu – qayasına vuruldum, 

Bir Ziya var – ziyasına vuruldum. 

 

 

Dost ağrısa, sərhədləri aşandı, 

Dəniz kimi çalxanandı, coşandı. 

Qəmi yarıb, yarı yara qoşandı, 

Bircə könül qoymaz sına, vuruldum, 

Bir Ziya var – ziyasına vuruldum. 

 

 

Xəyanətə daldalardan baxammaz, 

Nifrətini ürəyində boğammaz. 

Hər bir ana belə oğul doğammaz, 

İstər məni suçla, qına, vuruldum, 

Bir Ziya var – ziyasına vuruldum. 

 

 

Böyük qəlbi, gen açılmış əli var, 

Üz ağardıb, el içində dili var. 

Darvaz kimi bir sanballı eli var, 

Cəlaloğlu, mayasına vuruldum, 

Bir Ziya var – ziyasına vuruldum.

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina