Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

UNUDA BİLMİRƏM

Rəşid Hacılar

 

Hərdən kövrəlirəm lap uşaq kimi,

Unuda bilmirəm ötən illəri.

Göynədir qəlbimi, yeyir içimi,

“Keda”nın nəğməli o sahilləri.

 

Bəzən cilovlayır xatirələrim,

Qayıtmaq mümkünmü keçmişə bir də?!

Görən, görünürmü çöllərdə yerim,

Görən, qalmışammı xatirələrdə?

 

“Tək söyüd” yenə də təkdimi görən,

“Ətəkli” qoynuna kimi səsləyir?

Çöllərin barını kimlərdi dərən,

Çöllər öz barını necə bəsləyir?

 

“Yumru qaya” bədirlənib ay kimi,

“Qoca armud” ahıllaşıb qocalıb.

“Quyu bulaq” – tale verib pay kimi,

Dağ çayları çeşmələrdən güc alıb.

 

“Qırxbulaq” qırx gözəl qıza bənzəyir,

Axıdır sel kimi göz yaşlarını.

Hələ də gözləyir, hələ də gəzir,

Sanki itkin düşmüş sirdaşlarını.

 

Keçdi uşaqlığım ağlı-qaralı,

Daha o günlərə çatmayır əlim.

“Zoğallı bulaq”la “Qaranın yalı”,

Hələ də yolumu gözləyir mənim.

 

İllər ötüb keçir, qocalırıq biz,

Amma xatirələr təzə-tərdədir.

O vaxt bizi yoran hər cığır, hər iz,

Bizə yaşamaqçün yol göstərdilər.

 

Bakı, 1986

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina