Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

BİR QARIŞ TORPAQ

Rəşid Hacılar

Bir zaman qədrini bilmədik sənin,

Hərəmiz üz tutub bir yana getdik.

Doğma el-obanı yaddan çıxarıb,

Sənə yaraşmayan dönüklük etdik.

 

Bizə doğma olan dağlar, dərələr,

İllərlə yollara dikdi gözünü.

İlk eşqin şahidi “Zoğallı” bulaq,

Meşəyə söylədi giley-sözünü.

 

Daddıq sevincini biz ətək-ətək,

Amma kədərinə ortaq olmadıq.

Çəkdik şirəsini bal arısıtək,

Qəmini heç zaman yada salmadıq.

 

Vaxt çatdı, qapını döydü qocalıq,

Vətən haray salıb çağırdı geri.

Şam sona çatanda gur yandığı tək,

Parladı bir ömrün xatirələri.

 

Gəldim hüzuruna günahlarımla,

Ömür qürub edir, düşür qaranlıq.

Səndən umacağım, a doğma kənim,

Bir qarış torpağın, bir də hallallıq.

 

06.11.2002

   

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina