Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

KƏND YOLUNDA

 Eldar Hacıyev

 Borçalının ulu ellərindən olan

doğma Darvaza gedirdim. Kəndə çata-çat

bənövşələrin ətri vurdu məni...

 

Buzlaşan könlümə odlar ələndi,

Buzun yandığını görən kim olub?

Uzaqdan burnuma ətri çiləndi,

Könlüm göylərində göyərçin olub.

 

Dedilər Qırxbulaq yaman darıxıb,

Azalıb Ağdaşda süfrə salanlar.

Mənim o yerlərsiz kösöyüm çıxıb,

Bəs məni bircə yol andımı onlar?

 

Cöyçü Cahangirə xəbər çatdırın,

Onu uşaqlığa aparam gərək.

Yaman şıldırlanıb “ayıfındığı”,

Mənim də payımı saxlarmı görək?...

  

Cumum ayaqyalın moruq koluna,

Qolumda çal-çarpaz kotan əkilsin.

Arılar daraşsın qoy üz-gözümə,

Yuxum sübhə kimi ərşə çəkilsin.

 

Təki bircə günlük olum onunla,

Qalmasın könlümdə həsrətim, qəmim.

Qayıtsın ömrümə bir yuxu kimi,

O, Darvaz adlanan ilk dünyam mənim...

 

“Azərbaycan”,

1982, № 10

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina