Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Valeh Hacılar

 

Bu bulaq necə də sərindi nənə,

Suyu şəkər kimi şirindi, nənə.

Üzümə dağların havası dəydi –

Bizim “Ortabulaq” göründü, nənə.

 

Yaz yazı gətirər, söz sözü, nənə,

Dağ dağı səsləyər, düz düzü, nənə.

Qırxbulaq gözəldi, mən hardan alım

Baxıb oxşamağa qırx gözü, nənə.

 

Bu çeşmə burula-burula, nənə,

Sorağı sorula-sorula, nənə,

Mən ki, su içmişəm “Quyubulaq”dan,

Axaram durula-durula, nənə.

 

Bu görünən bulaq “Yazılı”, nənə,

Yazı düzüm-düzüm düzülü, nənə.

Ürəkdə bir arzum, bir diləyim var,

Bulaqda qarşıla yüz ili, nənə!

 

1981

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina