Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

TƏBRİZ İMAN

 

Sizdə aran yeri, bizdə dağ yeri,

Meşəlik, çəmənlik, bağça-bağ yeri.

Dünyanın ən gözəl, üzüağ yeri,

Mənim Darvazımdı, mənim Darvazım. 

 

Baharda  təbiət tutular zərə,

Hər yanı misilsiz, gözəl mənzərə.

Sevməz yaltaqları, həm namərdləri,

Kəsilər hər zaman qənim Darvazım.

 

Sozalıb, dağların mələyi xəstə,

Olarmı arzusu, diləyi xəstə.

Qoru, şairinin ürəyi xəstə,

Dolanım, başına dönüm, Darvazım.

 

Bülbülsüz çiçək də, gül də inləyər,

Sonasız yaymanmaz, göl də inləyər.

Dözməz qəm yükünə, tel də inləyər,

Düşər saçlarıma dənim, Darvazım.

 

Təbrizsiz qoynuna qısılar başı,

Misilsiz gövhərdi torpağı, daşı.

Ürəyim yananda tökər göz yaşı,

Dumanım, Darvazım, çənim, Darvazım.

 

11 mart, 2009 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina