Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

DARVAZ KƏNDİ

ALQAYIT

 Şirin sözü, söhbəti ilə minlərlə könüldə özünə yuva quran Alqayıt 2000-ci ilin avqust ayında Borçalının ağır ellərindən biri olan Darvaz kəndində Fərhad Muxtarovun qonağı olmuş və meşələr qoynunda yerləşən bu kəndin gözəlliyindən, adamların mehribanlığından və qonaqpərvərliyindən vəcdə gələrək bu şeri yazmışdır. 

Bax Şindinin zirvəsinə,

Bulud enir sinə-sinə.

Beşik qurub dağlar sənə,

Bu nə duman, bu nə çəndi,

Darvaz kəndi?

 

Bir məlhəmdir suyun, havan,

Gözlərimdə söküldü dan.

İçdim Quyubulağından,

Vücuduma nur ələndi,

Darvaz kəndi.

 

Qonaq gəldim mən bu yurda,

Gözüm qaldı boyalarda.

Axşamüstü qayalarda,

Turac susdu, kəklik dindi,

Darvaz kəndi.

 

Bir cənnətdir bu yastana,

Şer yazım, düş dastana.

Bir qapısan Gürcüstana,

Kəs bərəni, kəs bu bəndi,

Darvaz kəndi.

 

Elə bəndsən Borçalıya,

Bir kəməndsən Borçalıya.

Əzəmətsən Borçalıya,

Vətən həmən, el həməndi,

Darvaz kəndi.

 

Haqqa gedən yolun olum,

Zərin, axçan, pulun olum.

Qul deyərsən qulun olum,

Al boynuma sal kəməndi,

Darvaz kəndi.

 

Pərvanələr oda düşdü,

Dərd sinəmdən cida düşdü.

Ulu Göyçəm yada düşdü,

Köhnə dərdim təzələndi,

Darvaz kəndi.

 

 

Yaşıl meşə, soyuq bulaq,

 Bu hikmətə dön.birdə bax.

Mətin yeri, söykəyin dağ,

Bu səcdəyə Günəş endi,

Darvaz kəndi.

 

 

Gecə yarı söndü işıq,

Başdan gəlir bu dolaşıq.

Səhrədlə mən yatmamışıq,

Neçə sağlıq təzləndi,

Darvaz kəndi.

 

Alqayıdam, hər yan Vətən,

Danışmayım, susum nədən.

Qardaş olduq Fərhadla mən,

Bir oğlun da mənəm indi,

Darvaz kəndi.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina