Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Yaşar QAFQAZLI

Qərib libasını geydim a "Darvaz",
Bir də hüzuruna dönəm, qayıdam...
"Soyuq bulaq" deyə ciyərim yanır,
Gələm, daş məməndən əməm, qayıdam!

 

Sevincdən yaransın gözlərimdə nəm,
Qoy getsin bu kədər, qoy getsin bu qəm.
"Salam-salam"-deyə, bir-bir görüşəm...
Dindirəm dostları, dinəm, qayıdam

 

Nənəm qazan altda çata alovu,
Kişmişli aşı var, dəmli pulovu.
Qoyam yəhərini, çəkəm cilovu,
Kənddə "Ceyran" ata minəm, qayıdam.

 

Bir də üz çevirəm dağlara sarı,
İyli "Kəkotu"nu, yaşıl "Lilpar"ı...
"Çataq"da "Yarpız"ı, "Sərxan"da qarı,
Gəzəm "Şamdüyə"ni, enəm, qayıdam.

 

Gedəm, divan tutam, qatığa-südə...
Sonra uşaq kimi gələlər hədə.
O, "Quyu bulaq"da, "Sınıq körpü"də,
Yataq yerim ola binəm, qayıdam.

 

Yaylağı mənimlə seyr etsin hamı,
Gəzək "Vələsli"ni, dolaşaq "Şam"ı...
Uca "Şindi" dağı verə ilhamı,
Şeirlə yüklənə sinəm, qayıdam.

 

QAFQAZLI "yaxşı yol!..." götürə dildən,
Doyam o, ətirdən, doyam o, güldən.
Vidayla ayrılam obadan-eldən,
Xeyir-dua verə anam, qayıdam...

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina