Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

HAQQA QUL OLAN KƏSƏM

Təbriz İman Darvazlı

Ey qüdrətin, qüvvətin, mərhəmətin sahibi,

Yatammıram,  gözlərim xəyallar sürəyində.

Keçmiş özünə çəkir, hər an mən mücahidi,

Mən sənə boylanıram, sən isə ürəyimdə.

 

Səni görmək üçün mən gərək qəlbimə baxam,

Suyu dumduru, şəffaf  bulağa dönəm, baxam.

Bu gün var olan kəsəm, bu gecə bəlkə yoxam,

İmkan ver öz yurdumu bir azad görəyim də.

 

Hal əhliyəm, dağların halına yovuşmuşam,

İldırımdan, şimşəkdən, qəzadan sovuşmuşam.

Qətrədən başlayıb da, ümmana qovuşmuşam,

Məhəbbət lövbər salıb qanımda, iliyimdə.

 

Haqqa qul olan kəsəm, nə fitnəm, nə fəndim var,

Məhəmməd ümmətiyəm, peyğəmbər əfəndim var.

Borçalım, Qarabağım, Təbrizim, Dərbəndim var,

Türkəm, qoy, türk yazılsın millətim kimliyimdə.

 

14.02.2008 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina