Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ALLAHI SEVƏN İNSAN

Təbriz İman Darvazlı

 

Nə söyülər, nə söyər,

Nə döyülər, nə döyər.

Həm öyülər, həm öyər,

Allahı sevən insan.

 

Sevməyər çirkin-yasar,

Vicdana qulaq asar,

Torpağa bağır basar,

Allahı sevən insan.

 

İlhamı coşqun dəniz,

Günəş nurlu, aybəniz,

Olar təmizdən-təmiz,

Allahı sevən insan.

 

Əl verənə əl tutar,

Qəlbi zikr ilə yaşar,

Kin-küdurəti atar,

Allahı sevən insan.

 

Olmaz bədbin, bəd nəzər,

Sözü dünyanı bəzər.

Nəfsini vurub əzər,

Allahı sevən insan.

 

Dağ tərpətsə, daş gələr,

Qəmli gözdən yaş gələr.

Allaha da xoş gələr,

Allahı sevən insan.

 

17.02.2008

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina