Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

MÜQƏDDƏS OCAQ

RƏŞİD HACILAR

 

(Tanınmış həkim,hörmətli el ağsaqqalı Şamil Əliyevə)


Bir ocaq tanıyıram,
İstisi bol,közü bol.
Bir insan tanıyıram,
Söhbəti xoş,sözü bal.
Yaşayır qartal kimi,
Başkeçid dağlarında.
Adı dillərə düşüb,
Borçalı torpağında.
Darvazdan pərvazlanıb,
Könül verdi dağlara.
Xəstəyə şəfa verdi,
Dayaq oldu sağlara.
Zirvələrə can atdı,
Dağa döndü ürəyi.
Dəyərli insan kimi,
Oldu elin gərəyi.
Üç oğul da böyüdü,
Bu müqəddəs ocaqda.
Onlar da qalmadılar,
El-obadan qıraqda.
Onlar pirə çevirdi,
Bu müqəddəs ocağı.
Məhəbbətlə yaşatdı,
Hörməti,qanacağı.
Bu evin xanımını,
Hamı hörmətlə anır.
İndi onun da ruhu,
Məşəl tək alovlanır.
Şamil həkim həmişə,
Elin möhürü olub.
Çünki,onun xəmiri,
Məhəbbətdən yoğrulub.


Bakı,07.06.2020

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina