Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

DURNA NAĞILI

Bu məqaləni qiymətləndir
(2 səs)

Rafiq Hümmət

 

 Könüldü, yanıxır toysuz-düyünsüz,

Çiyin silkələnmir zurna səsinə.
…Bu yaz necə gəldi, yenə bilmədim,
Çoxdan tamarzıyam durna səsinə.

Yaman tamarzıyam durna səsinə,
Leylək yuvasından aralı canım.
Tanrıya söykənib ah çəkə-çəkə,
Ömür yarılandı, yaralı canım.

Ömür yarılandı, hardan boylanaq
Durna qatarına, durna səfinə,
Leylək dimdiyinə, durna səsinə?
…Könlüm bu daralan Vətənə baxıb,
Uçunmur “Qarabağ şikəstəsi”nə.

Dərd dərdlə toqquşdu, dərd dərdə dəydi,
Dərd dərddən əzildi ürəyimizdə.
Payız durnasınnan getdi İrəvan,
Xalları düzüldü ürəyimizdə.

…Bahar necə gəldi, yenə bilmədim,
Aylarım, illərim dağılı qalıb.
Sən niyə pozuldun, durna qatarı? – 
İçimdə bir durna nağılı qalıb…

 

 

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina