Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

TƏNHALIQ

Bu məqaləni qiymətləndir
(0 səs)

Rafiq Hümmət

 Sən də yalqızlıqdan utanırsanmı,

Səfehləyirsənmi tənha qalanda?
Zümzümə eləyib, fit çalırsanmı
Huşuna əcaib sükut dolanda?
 
Huşuna əcaib sükut dolanda,
Gecə uzananda sabahsız kimi,
Rəzil bir xəyala ürcah olub da,
Qəfil tər basırmı səni buz kimi?
 
Qəfil xəcalətdən gizlənmək üçün
Nimdaş xatirənə küfr edirsənmi?
Qaçıb pəncərəyə...çölü bir anlıq
Dəli tək döyüküb seyr edirsənmi?
 
...Bəndə tək qalanda dəliyə dönür,
Rəzil düşüncələr cana daraşır.
Özünə yaradıb Tanrı təkliyi,
Tənhalıq Tanrıya yaman yaraşır...
 
 
 
 
Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina