Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

MƏN

Bu məqaləni qiymətləndir
(0 səs)

Rafiq Hümmət

 

Burda yurdum yoxdu, orda vətənim,
Kəfənsiz ölüyəm – basdırmaq olmaz.
Şahın babasına söysəm də məni,
Nə orda, nə burda asdırmaq olmaz.
 
Mən qərib adamam anadangəlmə,
Orda buralıyam, burda oralı.
Əyilib keçirəm qırıq körpüdən,
Gah ora, gah bura...canı yaralı.
 
Vətən istəyirəm – "daş” verən hanı?
Adama dünyada vətən bir olar.
Mən qərib adamam... qərib adam da
Ya nökər, ya hambal, ya tacir olar.
 
Mən qərib kimsəyə nökər olammam,
Hambal olmağa da taqətimmi var?
Zər verib, yerinə mis də alammam,
Tacirlik etməyə qüdrətimmi var!?
 
Vətənim yurd olmur, yurdum da vətən,
Harda yaşasam da ömrüm qəribdi.
...Yaxşı ki, Yaradan öz yoluma daş,
Könlümün yoluna xalça səribdi...
 
 
 
 
 

 

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina