Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

İLAHİ, BİZLƏRDƏN KƏM ETMƏ RUHU

Bu məqaləni qiymətləndir
(0 səs)

 Təbriz İman Darvazlı

 Məni özü üçün saxlayan könül,

Özgə gözlərində ağladı məni.

Qeyrət zənciriylə o mənlik, qürur,

Sıxdı möhkəm-möhkəm, bağladı məni.

 

Bu günə boylanıb sabahlar üçün,

Hönkürdüm içimdə, hönkürdüm gizli.

Dağlardan o üzə baş alan köçün,

Əsiri olmuşam cığırlı-izli.

 

Dilini bilmirəm, şəmimdir-şəmim,

Pərvanə olmuşam sazın başında.

Dağlara çəkilir ələmim, qəmim,

Mən cana gəlirəm yazın başında.

 

İlahi, bizlərdən kəm etmə nuru,

Sahibi məhv olmuş, yetim türklərik.

Qoru bu milləti, dövləti qoru,

Nadanlar əlində təklənmiş zərik.

 

12.12.2012

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina