Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

MİLYONLAR HIÇQIRIB DÖZƏRLƏR ƏSİR

Təbriz İman Darvazlı

 Könüldə qəm adlı saraya baxdım,

İçində nə qədər gözəllər əsir.

Qocaman dünyatək genişdən geniş,

Arzular, diləklər gəzərlər əsir.

 

Tez düşər kim haqqı bəyənməyirsə,

Mərifət libasın geyinməyirsə.

Yazarlar sözünü deyəmməyirsə,

Qəlbində şeirlər, qəzəllər əsir.

 

İlahi, nə qədər əzizsən, əziz,

Gəlib, hüzuruna gəlib bəndəniz.

Gözlərim dumduru çəpərli dəniz,

Sonalar çırpınıb üzərlər əsir.

 

Qəlb yanmaz, əl yanar od əldədirsə,

Qovrular, alovu könüldədirsə.

Balalı yuvası yad əldədirsə,

Qartallar səmada süzərlər əsir.

 

Təbriz, döz, üstündə Tanrı durubsa,

Yorulma, ruhunu hicran yorubsa.

Zəmanə bəxtinə kilid vurubsa,

Milyonlar hıçqırıb dözərlər əsir.  

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina