Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

AH ÇƏKSƏM, GÖYLƏR DÜŞƏR

Təbriz İman Darvazlı

 Gör necə vurur yenə ürəyim tarap-turup,

Heç uyuya bilmirəm ürəyimin səsindən.

Elə qəzəblənmişəm, qanım beynimə vurub,

İlahi, hara qaçım mən bu yer kürəsindən.

 

Bir dinin ətrafında birləşməyir dinlərim,

Parçalayır içimi nifrətlərim, kinlərim.

Yüz yol bismillah dedim, qeyb olmayır cinlərim,

Qorxmayır iblis ruhlum Tanrının surəsindən.

 

Boylanıram göylərə, əl üzdə artırmadan,

Keçmir bir anım belə ürəyimi qırmadan.

Hər dəqiqə bir yerim yaralanır durmadan,

Vaxt salamat buraxmır ovunu bərəsindən.

 

Bəzən düşünürəm ki, nə karəyəm, mən kiməm,

Ya ağıldan-şüurdan, ya da bəxtimnən kəməm.

Namus-ar məhbusuyam, mənliyimə hakiməm,

Gərək şövqlə tullanam iftixar dərəsindən.

 

Ələmlərə, qəmlərə sığıncaq olub köşəm,

Nadan tolamazıyla çiliklənir can şüşəm.

Öz hissinə qapılmış bir yaralı dərvişəm,

Səsim Allaha yetmir, məzlum məqbərəsindən.

 

Təbriz, dua et, eşqin, məhəbbətin solmasın,

Xəyalların zarıyıb saçlarını yolmasın.

Canan vəfasız olsa, haqqım halal olmasın,

Ah çəksəm, göylər düşər ruhumun nərəsindən.

 

25.03.2013

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina