Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Təbriz İman Darvazlı

Bax, ey könül, bax, dil deyir,

Veribdi baş-başa dağlar.

Ölənlərə diril deyir,

Yaşa deyir, yaşa, dağlar.

 

Zirvəsində çəni küskün,

Tellərində dəni küskün,

Nə vaxt görsə məni küskün,

Ağlar coşa-coşa dağlar.

 

Sevdalınam, qəlbim xəstə,

Əcəl bir gün durar qəsdə.

Kök atıb köksünün üstə,

Dönəm bir sal daşa, dağlar.

 

Dərd doğmamdır, deməm əyil,

Dolansam da veyil-veyil.

Ruhum, canım azad deyil,

Ömür keçir boşa, dağlar.

 

Hər halımı sözə dedim,

Düzü sevdim, düzə dedim.

Nə dedimsə, üzə dedim,

Heç gəlmədim xoşa, dağlar.

 

Gözəllərin xası dünya,

Yaman sevir yası dünya.

Dünya, dağılası dünya,

Haşa səndən, haşa, dağlar.

 

11.04.2013

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina